Qızının faciəsindən pul qazanan əxlaqsız ana - Dünyanı şoka salan cinayət

Qızının faciəsindən pul qazanan əxlaqsız ana - Dünyanı şoka salan cinayət4 yaşında qızını öz müştərilərinə satan fahişə, 3 yaşlı uşağı sınıq qayçı ilə işgəncə verərək öldürən qızcığaz, 10 yaşında ömürlük həbsə məhkum olan oğlanlar... Bunları eşitmək belə çətindir elə deyilmi? Qulağa dəhşətli gəlir.

Ümumiyyətlə, bütün qətl hadisələri insanları dəhşətə salır, elələri var ki, hətta onları eşidəndə qanın donur, amma hələ bunlardan da pisi var. Uşaqların qatilə çevrilməsi...

Uşaq niyə qatil olsun ki? İnsan ömrünün ən məsum çağlarında necə adam öldürə bilər?

Sonxeber.az lent.az-a istinadən "Cinayət Dosyesi"ni təqdim edir.

Atasını örnək alıb qatil oldu

11 yaşında artıq iki qətl törətmişdi. Söhbət Böyük Britaniyanın tarixində ən "məşhur" qızlarından biri olan Meri Belldən gedir. 1968-ci ildə onun 11 yaşı var idi. O, 13 yaşlı rəfiqəsi Norma ilə birlikdə bir dəhşətə imza atır. Onlar iki aylıq fasilə ilə 4 və 3 yaşındakı oğlan uşaqlarının boğub öldürürlər.

Meri Bell

Brian Howe (3 yaş) və Martin Braunun (4 yaşında) cəsədləri ölümlərindən bir neçə gün sonra ot bağlamalarının altından tapılıb. Məlum olub ki, qızlar uşaqları öldürməklə kifayətlənməyiblər, onlara işgəncə də veriblər. Uşaqların saçları əcaib formada kəsilib, ayaqlarında iynə yerləri aşkar edilib, cinsiyyət orqanları qismən kəsilib. İşgəncələr bununla bitmir. Meri uşaqların üzərində (qarnına) kəsici alətlə imza atır - "M" hərfi.

Elə onu ələ verən də bu kəsici alət və atdığı imza olur. İstintaq zamanı o, bir cüt qırıq qayçını o qədər ətraflı təsvir edir ki... Lakin deyir ki, bu qırıq qayçılarla 3 yaşlı Braun oyun oynayırmış. Məhkəmədə qayçı Merinin günahının təkzibedilməz sübutu oldu.

Maraqlıdır 11 yaşlı qız niyə belə qəddar olub? Məlumata görə, Meri adı cinayətkar aləmdə məşhur olan Billy Bellin qızı olduğunu düşünüb. Özü üçün qatil atasını örnək alıb. Lakin sonradan bəlli olur ki, o qızın əsl atası deyil. Bu günə qədər də onun bioloji atası məlum deyil.

Merinin istintaqa verdiyi ifadə isə daha dəhşətli idi. O bildirir ki, anası Betti fahişəlik edirmiş. Və onu 4 yaşından etibarən kişilərlə, xüsusən də anasının müştəriləri ilə cinsi əlaqəyə girməyə məcbur edirmiş.

Meri Bell

Tarixin ən ağır məhkəmələrindən hesab edilən bu prosesdə bütün tərəflər məyus idi. Qanuna görə, Meri həbs cəzasına məhkum edilə bilməzdi. Məhkəmə onu nə psixiatrik xəstəxanaya, nə də ki, problemli yeniyetmələr üçün internat məktəbinə göndərə bilmirdi. Çünki bu xarakterli qızın orada qalması böyük risk idi. Sonda belə qərara gəliblər ki, Merini yetkinlik yaşına qədər asosial uşaqlar üçün xüsusi sığınacağa göndərsinlər. Bir qədər sonra isə qatil qız Mur-Kurt həbsxanasında minimal nəzarətlə saxlanılıb.

Bu hadisədə çox sarsıdıcı məqamlar var. Bunlardan ən təsirlilərindən biri də Merinin anasının qızının faciəsindən belə pul qazanması idi. O bu dəfə qızının bədənini yox, onun hekayəsini mətbuata satırdı. Özü də dəfələrlə.

Meri həbs olunanda cəmi 11 yaşı var idi, yalnız 23 ildən sonra sərbəst buraxıldı. İndi başqa ad və soyad altında yaşayır. Bu hadisə tarixdə Meri Bell Davası kimi tanınır.

Qəssab dükanının qarşısına buraxılan körpənin qanlı sonu

Növbəti "qəhrəman"larımız qətl törədəndə Meridən də kiçik idilər. Onların üzünü görən insan heç vaxt inana bilməz ki, bu məsum baxışlı, balaca əllərin sahibi qanlı hadisə törədib. Con Venables və Robert Tompson ömürlük həbs cəzasına məhkum ediləndə onların cəmi on yaşı var idi. Onların cinayəti bütün Britaniyada şok yaratmışdı.

Con Venables

1993-cü il fevralın 12-si idi. İki yaşlı Ceyms Bulgerin anası küçədə oğlu ilə gəzərkən mağazada növbə olmadığını görür və düşünür ki, geri qayıtması çox çəkməyəcək. Körpəsini qəssab dükanının qapısına qoyub gedir. Bədbəxt ana oğlunu son dəfə görəcəyini düşünmürdü...

Həmin gün Con və Robert eyni mağazanın tinində dayanmışdılar. Hər gün olduğu kimi, yolun kənarında dayanıb öz işləri ilə məşğul idilər: insanları qarət edir, imkan düşən kimi mağazadan oğurluq edir, satıcılar onlara arxa çevirən kimi kassaya əl uzadırdılar, qovulana qədər restoranlarda oyun çıxardırdılar və s. Oğlanlar sahibsiz uşağı o dəqiqə görürlər. Uşağı qaçırıb sonradan onu itmiş kimi göstərmək istəyirlər. Con və Robert zorla uşağı dəmir yoluna qaçırılar. Orda uşağın üstünə kərpiclər və dəmir çubuqlar atırlar, vəhşicəsinə döyürlər. Bununla da qane olmayıb iki yaşlı uşağı cinsi zorakılığa məruz qoyurlar. Bu işgəncələrə dözməyən körpə ölür. Sonra bu balaca cinayətkarlar əməllərini ört-basdır etmək üçün körpəni hərəkətdə olan qatarın üstünə atılar. Hesab edirlər ki, uşağın ölümü qəza olaraq qəbul ediləcək. Ceymsin cəsədi tezliklə tapılır. Məhkəmə-tibbi ekspertizası rəy verir ki, ölüm hadisəsi qatar onun üstündən keçməmiş baş verib. Özlərini "ağıllı" hesab edən Con və Roberti də tapıb istintaqa cəlb etmək o qədər də uzun çəkmir. Beləliklə, oğlanlar ömürlük həbs cəzasına məhkum edilirlər.
Qızının faciəsindən pul qazanan əxlaqsız ana - Dünyanı şoka salan cinayətQızının faciəsindən pul qazanan əxlaqsız ana - Dünyanı şoka salan cinayətQızının faciəsindən pul qazanan əxlaqsız ana - Dünyanı şoka salan cinayət


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2657   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust