Güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA + YENİLƏNİB
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Qurumdan bildirilib ki, aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə bildirib ki, qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb:
"Havanın temperaturu aprelin 3-də iqlim normasından 13.7 dərəcə yuxarı olub, maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30.1 dərəcə isti qeydə alınıb, lakin bu rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək yüksəlib".
G.Məmmədovanın sözlərinə görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
10:38
"Bu gün səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək".
Sonxeber.az xəbər verir ki, bunu "oxu.az"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək:
"Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3602 Tarix: 04 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabr