"Aprel döyüşləri şanlı zəfər səlnaməmizin başlanğıcı, milli qürur mənbəyimizdir"

"Aprel döyüşləri şanlı zəfər səlnaməmizin başlanğıcı, milli qürur mənbəyimizdir""Azərbaycan tarixinin şanlı qələbələrindən biri olan Aprel döyüşlərindən 6 il ötür. 2016-ci ilin aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənsitan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata şanlı Azərbyacan ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib və Ermənistanın işğal altındakı ərazilərdə qurduğu "keçilməz sədd" kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya "məğlubedilməz erməni ordusu" mifini də yerlə yeksan etdi. Tarixə "Dördgünlük müharibə" adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, bu, böyük qələbənin başlanğıcı oldu:

"Apprel döyüşləri şanlı zəfər səlnaməmizin başlanğıcı, milli qürur mənbəyimizdir. Azərbaycan ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Daha dəqiq desək, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin, Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi".

Aprel döyüşlərini Azərbaycan xalqının şanlı qələbəsinin əsas müjdəçisi adlandıran millət vəkili vurğulayıb ki, bu döyüşlərdə Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi:

"Aprel qələbəsi Azərbaycan xalqının, dövlətinin, ordusunun tarixi torpaqlarımızın düşmən işğalından azad olunması üçün hər cür fədakarlığa və hərbi qüdrətə qadir olduğunu təsdiq etdi. Bunun nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı.

Şanlı Azərbaycan ordusunun düşmənə endirdiyi əks-həmlə zərbələrinin nəticələrinə diqqət yetirəndə, birinci növbədə, vurğulamalıyıq ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı.

Belə ki, Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkündür. İkincisi, bu ölkədə işğalçılığın və seperatizmin dövlət siyasəti olduğu təsdiq olundu. Eyni zamanda, erməni xalqı "şanlı ordusunu" tanıdı və guya "məğlubedilməz erməni ordusu"nun bir mifdən ibarət olduğunu gördü".

Tamam Cəfərova vurğulayıb ki, Aprel qələbəsi Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirdi, Azərbaycan xalqının mübarizə əzminin necə güclü olduğuna, Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığına güzgü tutdu:

"Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Aprel döyüşlərinin ildönümündə bir qrup hərbçimizlə görüşündə qeyd etdiyi kimi, "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək".

Hər bir azərbaycanlı üçün böyük qürur və fəxarətdir ki, ölkə başçısının bu sözlərindən çox qısa bir vaxt sonra ölkəmizin ərazi bütövlüyü təmin olundu. Cənab Prezidentin uzaqgörənliyi, qətiyyəti, müdrik siyasəti və Azərbaycan xalqının birliyi, həmrəyliyi, ordumuzun qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəldi, tarixi torpaqlarımız düşmən işğalından azad olundu. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti nəyi, necə, nə vaxt etmək lazım olduğunu gözəl bilir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 772   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsində

8 may
.

Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN

Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla

8 may
.

Almaniya azərbaycanlı ailə ilə bağlı qərar verdi: Uşaqlar qaytarıldı (FOTO)

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib. O, təxminən 1 ildir davam edən məhkəmə prosesind

8 may
.

Nazir bu instituta direktor təyin etdi

Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb

8 may
.

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir. Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Denter

8 may
.

Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm

7 may
.

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl

8 may
.

Məsud Pezeşkian Müctəba Xamenei ilə görüşüb

İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib. xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. "Pezeşkian görüşün rahat atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib"

7 may
.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"

7 may