İki məktəblinin maşınla vurulması ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

İki məktəblinin maşınla vurulması ilə bağlı TƏFƏRRÜATLAR - VİDEOSosial şəbəkələrdə yayılan dəhşətli görüntü məhz burada, Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, iki məktəbli yolu keçmək istəyərkən, minik avtomobili onları vurub. Burada yaşayan sakilər və məktəblilərin sözlərinə görə bu ərazidə tez-tez belə hadisə olur. Səbəb isə ərazidə işıqforun və piyada keçidinin olmamasıdır.

Sosial şəbəkələrdə yayılan video tükürpətici olsa da, xoşbəxtlikdən məktəblilərin vəziyyəti normaldır. Onlar ambulator müayyinə üçün evə buraxılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib: "Aprelin 2-si Qobu qəsəbəsində "Reno" markalı avtomobillə hərəkətdə olan, Əmirhüseynov İmambala yolu keçmək istəyən 2 məktəblini vurub. Faktla bağlı tədqiqat işləri aparılır. Araşdırmanın nəticəsi olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Ərazidə yaşayan sakinlərlə söhbətləşdik. Bildirdilər ki, bu küçə məktəbə yaxın olduğu üçün şagirdlərin ən çox istifadə etdikləri yollardan biridir.

Problemlə bağlı Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Mübariz Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, problemdən xəbərdardırlar. Müvafiq tapşırıqlar artıq verilib, həmin ərazidə də sürət həddini aşan sürücülərə qarşı mütəmadi reydlər keçirilir: "Qobu qəsəbəsinin Bünyadov Salman, Çingiz Mustafayev küçələrində hərəkət sürəti maksimum 50 km/s müəyyən olunub. Yol nişanlarının quraşdırılması barədə qərar qəbul edilərək, aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib. Həmçinin sürət həddinə riayət etməyən sürücülərə qarşı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarına göstəriş verilib, reydlər keçirilir".

Qeyd edək ki, 72 yaşlı sürücü məktəbliləri vurduqdan sonra onları öz maşını ilə xəstəxanaya çatdırıb. Həmin ərazidə yaşayanlar isə bir müddət daha ehtiyyatlı olub, yol nişanlarının quraşdırılmasını gözləməli olacaqlar./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1861   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr