Azyaşlı qızını qorumaq üçün atdığı addımla gündəmə gəldi - FOTO
Ukraynada davam edən müharibə fonunda ukraynalı bir ananın azyaşlı övladını qorumaq üçün atdığı addım dünyada geniş müzakirələrə səbəb olub.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ana Vira adlı övladının belinə onun doğum tarixini və ailə üzvlərinin əlaqə nömrəsini yazıb. Sözügedən fotonu isə qadın instaqram sosial şəbəkəsində paylaşıb. Ukraynalı jurnalist Anastasia Lapatina öz tviter hesabında həmin fotonu paylaşdıqdan sonra məsələ dünyanın gündəminə gəlib.
Qadının sözlərinə görə, foto müharibənin ilk günü çəkilib və onun bu addımının səbəbi qadının başına hər hansı bir iş gələrsə, yaxud körpəsi itərsə, onun təhlükəsizliyini təmin etməkdir.
O, həmçinin üzərində daha ətraflı məlumat olan bir kağız parçasının da şəklini paylaşıb. Ana bildirib ki, kağızı öz ciblərində daşıyır.
Hazırda ana və övladının vəziyyətinin yaxşı olduğu qeyd olunub. Onların Ukrayna paytaxtı Kiyevdə yaşadığı məlumdur.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2559 Tarix: 05 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil
ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb. Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarş
26 aprelKraliçənin yanında etdiyi hərəkət maraq doğurdu
ABŞ-li aktrisa və prodüser Sara Cessika Parker Nyu-York Xalq Kitabxanasında Kraliça Kamillanı müşayiəti zamanı etdiyi hərəkətlə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə Parker pilləkənlərlə enərkən əlini qulağının üzərinə qoyur. Bu anlar sosial mediada geniş müzakirələrə səbə
30 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprelSEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib. "Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. "ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşaca
26 aprel