12 yaşlı Əli KFC-dən sifarişini götürərkən ölüb... - TƏFƏRRÜAT

12 yaşlı Əli KFC-dən sifarişini götürərkən ölüb... - TƏFƏRRÜATÖtən il dekabrın 31-də Xətai rayonu 8 Noyabr prospektində 12 yaşlı Əli Nuruşovun ölümü ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

Sonxeber.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, 2010-cu il təvəllüdlü Əli Nuruşov 59 saylı məktəbin 6-cı sinif şagirdi olub. Dekabrın 30-da saat 23 radələrində anası yuxuya gedəndən sonra Əli və bacıları KFC-dən yemək sifariş etmək qərarına gəliblər. Onlar analarının mobil telefonunda proqrama daxil olaraq restoranlar şəbəkəsinin Həzi Aslanov filialından yemək sifariş ediblər və təyinat nöqtəsini qeyd edib sifarişi başa çatdırıblar. 31 dekabr 2021-ci il tarixdə saat 00:16 dəqiqədə kuryer zəng edərək onların sifariş etdiyi yeməyi yaşadıqları binanın qarşısındakı avtobus dayanacağına gətirdiyini bildirib. Bacıları Əlini yeməyi götürmək üçün binanın qarşısına göndəriblər. Əlinin qayıtmadığını görən bacıları daha sonra narahatlıq keçirərək evlərinin yaxınlığında olan "Günəş" marketə gediblər. Bir az sonra isə Əlinin 8 Noyabr prospektini keçərkən C.Salmanovun idarə etdiyi "Kia Rio" markalı avtomobillə vurulması və hadisə yerində vəfat etməsi məlum olub.

Məhkəmədə ifadə verən sürücü, 2000-ci il təvəllüdlü C.Salmanov gecə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən qarşısındakı avtomobilin önündən qaçan uşağın qəfil onun maşınının önünə çıxdığını və məsafə çox az olduğu üçün qəzadan yayına bilmədiyini bildirib.

Ekspertiza rəyinə əsasən məlum olub ki, hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olan avtomobil saatda 70 kilometr sürətlə hərəkətdə olub. Sürücü dərhal maşını saxlayaraq təcili tibbi yardım çağırıb və Əliyə kömək etməyə çalışıb.

Məhkəmədə vəfat edən uşağın valideyni qəzanı törədən sürücünü bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirib.

Xətai Rayon Məhkəməsi sürücünü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – etiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Onun 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2290   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021