Qorxudan 122 kiloqram arıqladı - FOTOLAR
İrlandiyadan olan 25 yaşlı kosmetoloq Heyli Uolş təyyarə oturacağında ilişib qalmamaq üçün 122 kiloqram arıqlayıb.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, əvvəllər 206 kiloqram çəkisi olan Uolş həmişə köklükdən əziyyət çəkdiyini, mağazalarda istədiyi geyimi tapa bilmədiyini və məcbur qalaraq tikdirdiyini etiraf edib.
2019-cu ildə Portuqaliyaya tətilə getmək planı onun həyatında dönüş nöqtəsi olub.
Heyli oturacaqda ilişib qalmamaq üçün iki nəfərlik bilet aldıqdan sonra arıqlamaq qərarına gəlib.
Beləliklə, bir ilə Uolşun çəkisi 187 kiloqramadək enib. Bu müddət ərzində o, içki, sup və bulyondan ibarət "sulu" pəhriz saxlayıb.
Bundan sonra Heyli 5450 funt sterlinqə (təxminən 12 min manata) mədə kiçiltmə əməliyyatı etdirib. Klinikada keçirdiyi 2 gün ərzində cərrah onun üzərində 12 prosedur həyata keçirib.
Əməliyyatdan sonra qadın idman zalına gedərək məşq etməyə başlayıb.
Ümumilikdə 122 kiloqram çəki atan Uolş tamamilə dəyişildiyini, daha sağlam və pozitiv olduğunu etiraf edib. O, artıq idmanı sevdiyini və həyatının ayrılmaz hissəsinə çevirdyini deyib. Lakin hazırda Heyli dəri sallanma problemi yaşayır və onu da aradan qaldırmaq üçün növbəti əməliyyata ehtiyacı var.












Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2920 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25 oktyabrRusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25 oktyabrÖmürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25 oktyabrLatviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. "LSM" xəbər verir ki, "Resolute Reforger 2026" adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək. Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçis
26 oktyabr