Bacısını namus üstündə öldürən qardaş: "Telefon işlətməsinə icazə vermirdik"

Bacısını namus üstündə öldürən qardaş: "Telefon işlətməsinə icazə vermirdik"Bərdədə bacısını öldürməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rayonda video-operator işləyən Fəqanın hansı səbəbdən bacısı Nərminəni öldürməsi ictimaiyyət üçün maraq kəsb edir.

Sonxeber.az xəbər verir ki, "lent.az" həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, qətl ötən il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə danışan Fəqan Cabbarov deyib ki, Uğurbəyli kəndində anası, atası, qardaşı, qardaşının arvadı və iki uşağı ilə birlikdə yaşayıb. O, cinayəti necə törətdiyini açıqlayıb:

"Bərdə şəhərində yerləşən "Çinar" restoranında videooperator kimi fəaliyyət göstərirdim. Karantin qaydalarına əsasən, toy mərasimlərinin keçirilməsi dayandırıldığından işsiz qaldım. Buna görə qardaşım ilə birlikdə Tərtər rayonunda yerləşən Laçınlı Süleymana məxsus iri buynuzlu heyvanların saxlanıldığı fermada işləməyə başladım. Bacım Nərminə isə ərdə idi.

Qonşu kənddə yaşayırdı. Fermada işlədiyim zaman yeznəm Səbahəddin mənə zəng elədi. Səsi qəribə gəlirdi. Danışıq zamanı bacımın mobil telefonda başqa bir kişi ilə danışarkən tutulduğunu dedi. Mən həmin vaxt Tərtərdə idim.

Tez atama zəng eləyib baş verənləri danışdım. Yeznəmin dediyindən anladım ki, bacım elə Səbahəddinin qohumu ilə münasibət yaşayıb. Həmçinin Səbahəddin dedi ki, bacım telefonla yad kişilərlə gizli şəkildə danışır.

Bunu Nərminə özü də sonradan ərinə təsdiq edib. Nərminə evli olduğu 9 il ərzində telefonu olmayıb. Heç ata evində olanda da onun telefonunun olmasına icazə verilməyib.

Sonradan əri də ona telefon almadı. Onda mobil telefonun olmasından heç kimin xəbəri olmayıb. Görünür ki, telefonu ona münasibətdə olduğu həmin şəxs gizlicə alıb. Bu vasitə ilə də rahat danışa biliblər".

Təqsirləndirilən şəxs bildirib ki, yeznəsi ona Nərminənin danışdığı adamla görüşdüyünü deyib:

"Mənə dedi ki, qonşular Nərminənin yad kişi ilə görüşdüyünü görüblər. Mən bu məsələni araşdırmağa başladım.

Bacımın kimlə danışdığını müəyyənləşdirmək məqsədi ilə bir neçə dəfə onların kəndinə getdim. Orada müəyyən elədim ki, həmin şəxs elə yeznəmin öz yeznəsinin bacısı oğludur. Lakin onun adını öyrənə bilmədim. Səbahəddinin özü də həmin şəxsdən şübhələnib. Amma heç nə sübut edə bilməyib. Bu söhbətlərdən sonra əri Nərminəni evdən qovdu.

Bacım bizim kəndə qayıtdı. Lakin bildi ki, onu öldürəcəm, qorxusundan evimizə gəlmədi. Bir müddət dayımgildə, bir müddət də xalamgildə qaldı. Xalamgildə qalan müddətdə onu öldürmək üçün bir neçə dəfə ora getdim. Lakin Nərminəni aldadıb evdən çıxara bilmədim. Həm də xalamgilin evində qan tökmək istəmirdim".

Fəqan Cabbarov qeyd edib ki, həmin vaxtlar Nərminə xalasıgilə əri Səbahəddinin qohumu ilə münasibətdə olduğunu təsdiq edib:

"Artıq mən Nərminəni öldürməyi qarşıma məqsəd kimi qoymuşdum. 25 gün idi ki, utandığımdan kəndə çıxa bilmirdim. Onu öldürməkdən başqa yolum yox idi. Bu səbəbdən gecə saatlarında evdən çıxıb xalamgilə piyada getdim.

Evə daxil olduqda Nərminə və xalam qızı Güneli gördüm. Onlardan başqa evdə heç kim yox idi. 10 dəqiqə orada söhbət elədim. Nərminəni aldadaraq evdən çıxarmağa razı saldım. Yalandan dedim ki, yeznəm evdədir və üzləşməyə aparıram. Taksi ilə kəndin girişinə qədər gəldik. Yolda bir kəlmə belə danışmadıq. Kəndin girişində daşlı yolla gedirdik. Yol boyunca hadisənin baş verəcəyi yeri beynimdə planlaşdırdım. Nərminəni öldürərkən heç kimin mane ola bilməməsi üçün kəndinin giriş tərəfini seçdim. Bu səbəbdən yavaş-yavaş sürətimi azaltdım ki, bacımdan arxada qalım.

Bu zaman Nərminə arxaya çönüb mənə tərəf baxdı və nə üçün geridə qaldığımı soruşdu, cavab vermədim. Yonca sahəsinin yanından keçəndə cibimdəki bıçağı çıxaraq bacımın qarın nahiyəsindən vurdum. Həmin zərbədən sonra o, yerə yıxıldı və hərəkətsiz vəziyyətdə qaldı. Onun ölümünü sürətləndirmək məqsədilə bir neçə bıçaq zərbəsi də vurdum. Bacımın ölümündən əmin olmaq üçün boğaz hissəsinə də iki zərbə vurdum".

Bacısını öldürən şəxs deyib ki, bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşıb:

"Yoldan taksiyə minərək rayonun özünə getdim. Bir az sakitləşdim. Oradan könüllü şəkildə polisə gedərək təslim oldum. Nərminəni öldürməklə bağlı qərarı tək qəbul etmişəm, onu öldürməyə məni heç kim təhrik etməyib. Məqsədim sadəcə ləkələnmiş olan namusumuzu, şərəfimizi təmizləməkdən ibarət olub".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Cabbarov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2131   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni narkomanlarla evdə tək qoyurdular" - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub. Bildirilib ki, hadisə ail

7 may
.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may
.

Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb

1 iyun
.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun
.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind

7 aprel
.

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind

13 aprel
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may