Onunla barışmayan arvadını yatdığı yerdə öldürmək istədi - TƏFƏRRÜAT
Arvadını bıçaqlayaraq öldürməyə cəhd edən dörd uşaq atasının məhkəməsi keçirilib.
"Kriminalqafqaz"ın məlumatına görə, hadisə ötən ilin iyulunda, səhər saatlarında Bakı şəhərində baş verib. Belə ki, əvvəllər də məhkumluq həyatı yaşamış İlham Hüseynov (ad və soyad şərtidir) həyat yoldaşı Günay Hüseynovanın (ad və soyad şərtidir) kirayə yaşadığı evə gələrək ona yatdığı yerdə bıçaq zərbələri endirərək öldürməyə cəhd göstərib. Günay Hüseynova yuxudan ayılaraq ona mane olmağa çalışıb. Arvadının yerə yıxıldığını görən İlham onun öldüyünü düşünüb və hadisə yerindən qaçıb.
İlham Hüseynov məhkəmədə verdiyi ifadədə bildirib ki, o, əslində Günay ilə barışmaq və onu evə qaytarmaq niyyətində olub: "Günay ilə 1998-ci ildə birlikdə yaşamağa başladım. 2010-cu ildə isə rəsmi nikaha daxil olduq. Bu evlilikdən dörd övladımız oldu. Əvvəllər mən hərbi xidmətdən yayındığıma görə, oğurluğa görə və sonuncu dəfə isə adam öldürdüyümə görə məhkumluq həyatı yaşamışam. Sonuncu dəfə 2007-ci ildə həbs olundum, 2017-ci ildə azadlığa çıxdım.
Azadlığa çıxandan sonra Günay mənə dedi ki, Murad Seyidov (ad və soyad şərtidir) adlı şəxslə münasibəti var və onunla birlikdə yaşayır. Mən də öyrəndim ki, bu şəxs narkotik istifadəçisidir. Buna görə də Günaya dedim ki, uşaqlarımızı da götürüb gəlsin. Mərdəkanda kirayə ev tutdum, yenidən birlikdə yaşamağa başladıq. Üç ay yaşayandan sonra yenə Günay çıxıb getdi. Dəfələrlə ona evimizə qayıtmasını desəm də, o gəlmədi. Daha sonra eşitdim ki, Murad narkotik vasitələrin təsirindən dünyasını dəyişib. Bundan sonra mən yenə Günaydan xahiş etdim ki, artıq birlikdə yaşayaq. İyulun 8-də Günayın kirayə yaşadığı evə gələndə o məni qovmağa cəhd etdi. Buna əsəbləşdiyim üçün evdən götürdüyüm bıçaqla ona zərbələr endirdim. Onu öldürmək məqsədilə vurmamışam. Əməlimdən də peşman deyiləm".
Günay Hüseynova ifadəsində bildirib ki, İlhamla 1995-ci ildən birlikdə yaşayıb: "2007-ci ildə həbs olunduqdan sonra mən dörd uşaqla qaldım. 2010-cu ildə Muradla yaşamağa başladım. Baxmayaraq ki, öz uşaqları deyildi, o, övladlarıma da baxırdı. 2017-ci ildə İlham həbsdən çıxandan sonra barışmaq və birlikdə yaşamağımızı istədi. Bir müddət onunla yaşasam da, mənə qarşı kobudluq etdiyi üçün yenidən Muradın yanına qayıtdım. Murad narkotik istifadə etsə də, mənimlə mehriban davranırdı. 2020-ci ildə Murad baş verən yanğında öldü. Həmin vaxtlarda İlham dəfələrlə qarşıma bıçaqla çıxaraq evə qayıdıb onunla birlikdə yaşamayacağım təqdirdə öldürəcəyi ilə hədələyirdi.
Hadisə baş verən gün yaşadığım evə gələrək bıçaqla sinəmdən vurmaq istədi. Özümü qorumaq üçün qolumu qabağa verdim. Zərbələr qoluma dəydi. Daha sonra qarın hissəmə bıçaqla vurdu. Yerə yıxıldığımı görüb elə bildi ki, ölmüşəm. Qaçıb getdi. Evdə kiçik oğlum da var idi. O, səsə oyanaraq qonşulara xəbər verdi, məni təcili yardım maşınıyla xəstəxanaya apardılar. İlhamla barışmamışam. İstəyirəm ki, cəzasını çəksin".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1571 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqust4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqustDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqustQobustanda ağır qəza - 27 yaşlı sürücü öldü
Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır
8 avqustQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqust