"R" səsinin tələffüzünün pozulmasının yaranma səbəbləri və həlli - DEFEKTOLOQ AÇIQLADI - ÖZƏL
Bəzi insanlar "R" səsini tələffüz edə bilmirlər və ya çətinliklə tələffüz edirlər. Buna uşaqlarda da, böyüklərdə də rast gəlirik. "R" səsinin tələffüzünün pozulmasının yaranma səbəbi nədir? Bu qüsur anadangəlmə olmur, sonradan yaranan problemlərdəndir. Bəs görəsən bu problemin həlli nədir?
Sonxeber.az mövzuyla bağlı loqoped, defektoloq Rufa Mirişlidən münasibət öyrənib.
Defektoloq bildirib ki, problemin səbəbini müəyyən etmək üçün loqopedlər ilk öncə artikulyar aparatın vəziyyətinə diqqət yetirir:
"Səslərin tələffüzünün pozulmasına loqopediyada "dislaliya" deyilir. Əgər bir uşaqda "d, r, t, s, c, s, ş" və s. kimi səslər pozularsa, dislaliyaya aid olunur. Biz loqopedlər ilk öncə artikulyar aparatın vəziyyətinə diqqət yetiririk. Əgər uşaqda artikulyar aparatda heç bir defekt yoxdursa, bu, mərkəzlə əlaqəli ola bilər. Mərkəzi sinir sisteminin funksional dəyişməsi buna səbəb ola bilər və ya mexaniki olaraq artikulyar aparatın anomaliyasıdır: damaq hündürdür, dilaltı pərdəsi var, dişləm yanlışdır. Uşağın yaşına uyğun problem də ola bilər. 3 yaşı var, "R" deyə bilmirsə, normaldır. Bu 5-6 yaşından sonra qüsur sayılacaq. O zaman da yoxlayırıq ki, anatomik quruluşdur, yoxsa funksional xarakter daşıyır? Aradan qalxma ehtimalının olub-olmamasını müəyyənləşdiririk. Biz loqopedlər müayinə zamanı diqqətlə yaşını, artikulyar aparatını, vəziyyətini, onun hərəkətliliyini nəzərdən keçiririk, bundan əlavə, valideynlərdə bu qüsurun olub-olmamasına baxırıq. Bu müşahidə olunursa, biz düşünə bilərik ki, bəlkə, uşaq valideynini təqlid edir? Uşaq danışıq formasının elə olduğunu normal qəbul etdiyi üçün onu özündə tətbiq edir.
Biz diqqət yetirməliyik ki, hansı nüansa görə uşaq "R" hərfini deyə bilmir. "R" səsinin koorreksiyası adətən 5 yaşdan sonra aparılır. Ola bilsin ki, bu, həftədə 2 və ya 3 dəfə olacaq. Zondlardan istifadə edərək və ya təqlid etdirərək bu səsi qoymaq olar. Amma zondlar iş prosesini daha da sürətləndirir. Çünki bu uşaq məktəbə getməlidir. Məktəbdə səsləri düzgün tələffüz etsin ki, hərfləri düzgün oxuya bilsin. Çünki gələcəkdə bizdə disqrafiya, disleksiya yarana bilər. Bu isə artıq oxu vərdişinə mane olar. Ona görə sürətləndirmək üçün mexaniki üsul daha əlverişlidir".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1535 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabr