Rusiya nüvə silahından istifadə etməyəcək - Zelenski səbəbini açıqladı
Ukraynanın Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır.
Qaynarinfo xəbər verir ki, Ukrayna Prezidenti bu barədə Hindistanın "Republic Media Network" telekanalına müsahibəsində bildirib.
"İstənilən silahın - nüvə silahı da istisna deyil - istifadəsi Ukraynanın NATO-ya qəbul olunmasına, bizə tank və təyyarələrin verilməsinə görə deyil. Rusiya nüvə silahından özünü üstün sayanda istifadə edə bilər", deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, söhbət aqressorun nə zaman küncə sıxlmasından deyil, məhz onun üstün olmasından gedir. Zelenskinin qənaətinə görə, Rusiya hələ ki, üstün vəziyyətdə deyil.
O bildirib ki, nüvə silahından istifadə hakimiyyətin itirilməsi ilə nəticələnə bilər: "Onlar hər şeyi itirəcək. Ona görə də nüvə silahından istifadə ediləcəyinə inanmıram".
Xatırladaq ki, Rusiyanın nüvə təhdidi Ukraynadakı hərbi əməliyyatlarda üzləşdiyi uğursuzluqdan sonra daha da güclənib. Martın 22-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı jurnalistlərə ölkənin təhlükəsizlik konsepsiyasını xatırladaraq deyib ki, dövlətin mövcudluğu təhlükə altına düşəcəyi təqdirdə nüvə silahı tətbiq edilə bilər.
İki gün sonra BMT-dəki rusiyalı diplomat bəyan edib ki, NATO Rusiyanı təxribata çəkəcəyi təqdirdə kütləvi qırğın silahından istifadə edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1325 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb
İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadını
26 oktyabrUkraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb. xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabrın 26-da bununla bağlı Ali Radaya göndərdiyi sənəd təsdiqlənib. Bununla da Ukraynada hərbi vəziyyət rejimi 2027-ci il yanvarın 29-dək uzadılıb
26 oktyabrHamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi
Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test
25 oktyabrBƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25 oktyabrŞimali və Cənubi Koreya arasında gərginlik yenidən artır
Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşib. Reuters-ə istinadən xəbər verir ki, Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda sentyabrda baş vermiş mina insidenti ilə bağlı Seulu hadisəni saxtalaşdırmaqda ittiham edib. Koreya yarımadasında hərbi hazırlıqla bağlı narahatlıqla
26 oktyabr