Azərbaycanda sərxoş kişi qayınanasını zorladı

Azərbaycanda sərxoş kişi qayınanasını zorladıQuba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Emin Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emin Mirzəliyev 3 iyul 2019-cu il tarixdə saat 15 radələrində işlədiyi Quba rayonu Rustov kəndində yerləşən "Qızılağac" kafesində pivə içib.

O, sərxoş vəziyyətə düşdükdən sonra əvvəllər də olduğu kimi evinə su aparmaq məqsədi ilə atasına məxsus VAZ-2107 markalı avtomobillə qayınanası Səidə Babayevanın (ad və soyad şərti verilib – red.) yaşadığı Rustov kəndindəki evinə gedib. Emin Mirzəliyev Səidə Babayevanı evin mətbəxində gördükdə onunla cinsi əlaqədə olmaq həvəsinə düşüb.

Lakin qayınanasının onunla könüllü cinsi əlaqədə olmayacağını bilib. Qayınanasına zor tətbiq etməklə cinsi əlaqədə olmaq niyyətilə ona yaxınlaşıb, onu arxadan qucaqlayıb.

Səidə Babayeva Emin Mirzəliyevin niyyətini başa düşdükdən sonra müdafiə olunmaq məqsədilə evin mətbəxindən qaçaraq digər otağa keçib, özünü otaqdakı pəncərədən həyətə atmaq istəyib.

Emin Mirzəliyev qayınanasının sağ qolundan tutub və zorakılıq göstərməklə onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Emin Mirzəliyevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Mirzəliyev iki il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.

Emin Mirzəliyev məhkəmə zalında həbs olunub.

Bu hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Vəkil müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını və ona şərti cəza verilməsini istəyib.

Bir müddət əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində işə baxan hakimlər tərəflərin şikayətlərini təmin etməyiblər.

Bu qərardan narazı qalan prokuror kassasiya protesti verib. Prokuror Ali Məhkəməyə göndərdiyi kassasiya şikayətində Emin Mirzəliyevin barəsində ağırlaşdırıcı halların müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini istəyib.

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan iclasda prokurorun kassasiya şikayəti təmin edilib. İşdə ağırlaşdırcı halların müəyyən edilməsi üçün cinayət işi yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda işin halları araşdırılıb, sonda qərar elan edilib.

Hakim heyəti təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş tərəfin ayrı-ayrılıqda verdikləri şikayətləri təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü prokurorun protestinə əsasən dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqinə dair müddəalar xaric edilib.

Emin Mirzəliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5526   Tarix: 08 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust