Amerikalı alimlər mamontları diriltmək niyyətindədirlər

Amerikalı alimlər mamontları diriltmək niyyətindədirlərGünümüzdə mamontları yalnız skeletlər halında və ya muzeylərdə müqəvvalar kimi görmək mümkündür. Arxeoloqlar planetin nəsli kəsilmiş bu sakinlərinin necə olduqlarını göstərmək və izah etmək üçün skelet və müqəvvaları sümüklərdən ərsəyə gətiriblər. Alimlər isə hələ də onları canlandıra biləcəklərinə ümid edirlər.

"Biz birinci olacağıq", – deyə Amerikanın "Colossal" şirkətinin biogenetiki Ben Lamm əminliklə bildirib.

O əlavə edib ki, apardıqları təcrübələr qlobal istiləşmə və nadir heyvan növlərinin nəslinin kəsilməsi ilə mübarizədə kömək edə bilər.

Lamm altı mamontun canlandırılması üçün iddialı təkliflər irəli sürən layihə üzrə 15 milyon dollar toplayan Amerika startapına rəhbərlik edir. Alimlər Harvard Tibb Məktəbinin tədqiqatçıları ilə birlikdə çalışacaqlar.

"Dirildəcəyimiz ilk mamont fil ölçüsündə olacaq. Düşünürəm ki, yarım əsrdən sonra onların sayı o qədər çox olacaq ki, Arktikada tarixdən əvvəlki təbiəti yenidən yaratmaq mümkün olacaq", – deyə Lamm fikrini izah edib.

Məqsədlərinə çatmaq üçün alimlər genlərin redaktəsi texnologiyalarından istifadə etmək və Asiya filinin DNT-sinə permafrostda (donmuş yeraltı qat) tapılan bu heyvanların arasından götürülmüş mamontun DNT-sini əlavə etmək niyyətindədirlər.

Mamont və Asiya filinin DNT-ləri 99% uyğunluq təşkil edir ki, bu da elm adamlarına bu işdə uğur qazanacaqları ilə bağlı əminlik verir./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1010   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İranda 2 zəlzələ oldu - Yaralılar var

İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib

20 iyul
.

Fransada tıxacların uzunluğu rekord həddə çatıb

Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ

19 iyul
.

Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)

Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad

22 iyul
.

Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?

Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf

20 iyul
.

Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?

Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy

19 iyul
.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

19 iyul
.

CNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə ölkə daxilində uranın məhdud zənginləşdirilməsinə və plutoniumun emalına icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib. "Report" xəbər verir ki, bu barədə CNN mənbələrə və sənədlərə istinadən yazıb. "B

19 iyul
.

WSJ: İran ABŞ-nin bölgədəki əsas hərbi obyektlərinə zərbə endirmək gücünə malikdir

İran ABŞ-nin raketdən müdafiə sistemlərinə uyğunlaşıb və bu ölkənin Yaxın Şərqdəki bazalarında xüsusi əhəmiyyətli hərbi obyektləri vurmaq qabiliyyətinə malikdir. "Report" xəbər verir ki, bu barədə amerikalı rəsmilərə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb

19 iyul
.

Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə

Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b

20 iyul