"Bərpa-quruculuq işləri Qarabağa yeni və müasir görkəm verir, erməni vandalizminin izlərini silir"

"Bərpa-quruculuq işləri Qarabağa yeni və müasir görkəm verir, erməni vandalizminin izlərini silir""Hazırda işğaldan azad olunan rayon və şəhərlərdə bərpa, yenidənqurma işləri uğurla davam etdirilir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat vurğulayıb ki, tezliklə Qarabağda bütün infrastruktur bərpa olunacaq:

"44 günlük Vətən müharibəsində düşmən üzərindəki möhtəşəm qələbəmizdən sonra ölkə başçısı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə dəfələrlə işğaldan azad olunan ərazilərə səfər edərək, erməni vəhşiliyini dünyaya nümayiş etdirdi. Cənab Prezidentin fərmanları ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradıldı, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edildi. Hazırda da "ağıllı kənd", "ağıllı şəhər" layihələrinin icrası, yeni hava limanının tikintisi, yol infrastrukturunun yenidən qurulması kimi bir sıra abadlıq işləri aparılmaqdadır.

İşğaldan azad olunan bölgələrdə vətəndaşlarımızın doğma ata-baba yurdlarında daimi məskunlaşması və firəvan yaşaması üçün lazımi tədbirlər həyata keçirilməkdədir. Həmin ərazilərdə bütün infrastruktur təmin olunacaq. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Təbii ki, Qaraba­ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq və regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək".

Deputat vurğulayıb ki, işğaldan azad olunan ərazilərin bərpası Prezident İlham Əlyevin 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" barədə imzalanmış Sərəncamda öz əksini tapıb:

"Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bilirsiniz ki, bərpa-quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılıb. Həmçinin, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olundu. Bu fondun yaradılmasında məqsəd işğaldan azad olunan ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Bilirsiniz ki, 30 il ərzində erməni vandalları həmin ərazilərədə insanlığa sığmayan vəhşiliyə imza ataraq, oradakı bütün infrastrukturu, maddi və mədəni abidələri dağıdıb, yeraltı sərvətlərimizi vəhşicəsinə talan ediblər. Ona görə də, işğaldan azad olunan ərazilərə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpası kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Qısa müddət kəsiyində Azərbaycan Prezidentinin təşəbbüsü ilə Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində infrastruktur layihələrinin reallaşmasına start verilib, yol-nəqliyyat infrastrukturu yaradılır, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, hava limanları inşa edilir, mədəni, tarixi və dini abidələr bərpa olunur.

Həyata keçirilən bərpa-quruculuq işləri Qarabağa yeni və müasir görkəm verir, erməni vandalizminin izlərini silir, işğaldan azad olunan ərazilərə həyatın qayıtdığını göstərir. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə görülən işlər, bu ərazilərdə onun həyata keçirdiyi regional siyasət Qarabağımızı milli və beynəlxalq mədəniyyət və turizm mərkəzinə, təhlükəsiz yaşayış məkanına, regionun və dünyanın ən gözəl guşələrindən birinə çevirəcək. Ən önəmlisi isə odur ki, Qarabağda aparılan abadlıq və quruculuq işləri, məcburi köçkünlərimizin oraya qayıdışının təminatı, sosial infrastrukturun bərpası, həmçinin orada iqtisadiyyatımızın inkişafına töhfə verən müəssisələrin yaranmasına və əhalinin məşğulluğunun təmin olunmasına da öz müsbət təsirini göstərəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1602   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr