Azərbaycanda tərəvəzlər niyə sürətlə bahalaşır?

Azərbaycanda tərəvəzlər niyə sürətlə bahalaşır?Azərbaycanda ötən il olduğu kimi cari ildə də tərəvəzlərin qiymətində yüksək artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, mart ayı ərzində tərəvəzlərin dəyəri 6,5 faiz artıb.

Sfera.az bildirir ki, martda illik müqayisədə tərəvəzin nə qədər bahalaşdığı açıqlanmayıb. Lakin fevral ayındakı nəticələr göstərir ki, illik qiymət artımı ötən ayda da çox yüksək olub. Belə ki, fevralda tərəvəzlər 54,2 faiz bahalaşıbsa, martda qiymət artımlarının bir qədər də yüksəlmə ehtimalı böyükdür.

Bahalaşmanın əsas səbəbi ölkəmizdən tərəvəz ixracının artmasıdır. Azərbaycanda tərəvəz istehsalı daxili tələbatı ödəyəcək miqdardadır, hətta daha çoxdur. Son məlumata görə, tərəvəz istehlakı 1,65 milyon ton, istehsal isə 1,82 milyon ton olub. Göründüyü kimi, istehsal miqdarı daxili tələbdən 1,1 dəfə yüksəkdir.

Əgər belədirsə, o halda, tərəvəzlər niyə bahalaşır?

Bu halda tərəvəzlərin bahalaşmasının yeganə səbəbi ixracın ilbəil artmasıdır. Məsələn, 2011-ci ildə ölkəmizdən 65,8 min ton tərəvəz ixrac edildiyi halda, 2021-ci ildə 266,5 min ton tərəvəz ixrac olunub. On il ərzində tərəvəz ixracı 4,05 dəfə artıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində də ixracda artım dinamikası davam edib. İlin ilk 2 ayında ixrac miqdarı 39 faizdən çox artaraq 24,1 min tona yüksəlib. Yalnız 2 ayda ixracda 7 min tona yaxın artım qeydə alınıb.

Məlumatlardan görünür ki, Azərbaycan istehsal etdiyi tərəvəzin 15 faizini satır və yerdə qalan məhsul ölkəmizin daxili tələbatını ödəyə bilmir.

İxraca yönələn tərəvəzin miqdarının artması xarici bazarlarda qiymətlərin daha yüksək olması ilə bağlıdır. Bir qayda olaraq məhsullar ucuz bazarlardan daha yüksək qiymət olan bazarlara yönəlir. Nəticədə ixracı həyata keçirən bazarlarda qiymətlər artır və ticarətdə tarazlıq yaranır. Bu səbəbdən Azərbaycanda da tərəvəz qiymətləri artır.

Tərəvəz qiymətlərinin artmaması üçün yeganə yol ixracı artırmaqla bərabər yerli istehsalın daha çox artırılmasıdır. Son 10 ildə tərəvəz istehsalı 50 faiz artaraq 1,2 milyon tondan 1,82 milyon tona çatıb.

İstehsal miqdarı 620 min ton artsa da bu, tələbatı ödəyə bilməyib. Çünki bu dövrdə ixrac təxminən 210 min tondan çox, yerli istehlak isə 450 min tondan çox artıb və nəticədə balansda kəsir yaranıb.

İxracın artması əsas tərəvəz məhsulları olan pomidor, kartof, xiyar, kələm ixracının artması hesabına baş verdiyindən daxildə həmin məhsulların qiyməti sürətlə artıb.

Deməli, tərəvəz qiymətlərinin daha çox artmaması üçün ixracdakı artım nəzərə almaqla yerli istehsal daha çox artırılmalıdır. Bu halda daxili bazarda qiymət artımlarının səngiməsinin şahidi olacağıq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1655   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr
.

Azərbaycanda kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki yaşayış kompleksindən 38 və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksində

17 noyabr
.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır

Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək. "Report"un məlumatına görə, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur. Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur. Hesablam

16 noyabr
.

Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır

Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör

5 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr
.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu sabit saxlayıb. xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib. EIA-nı

11 noyabr