Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQ

Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQPrezident İlham Əliyev Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışı ilə bağlı fərman imzalayıb. Qaydalara əsasən, satışına yol verilən mənzillərin sayını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edəcək və bu barədə özünün rəsmi internet saytında məlumat verəcək.

Sonxeber.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "publika.az"-a qeyd edib ki, keçmiş məcburi köçkünlərə verilən evlərin üstün cəhətlərindən biri də onların çıxarışlarının olmasıdır.

O əlavə edib ki, şəhərdən kənarda tikilən yeni mənzillərin qiyməti çox aşağıdır, buna görə də vətəndaşlarımız onlara meyl edir:

"Son illərin nəticəsinə baxsaq, vətəndaşlarımız ümumi qiyməti aşağı olan mənzillərə üstünlük verir. Ümumiyyətlə, məcburi köçkünlər üçün tikilən evlərin bütün kommunikasiya vasitələri var. Bu mənzillər tikilərkən məcburi köçkünlər üçün kompleks şəkildə qurulub. Yəni burada uşaq bağçası, orta məktəb, xəstəxanalar və digər binalar mövcud olur. Digər mənzillərdə bu adıçəkilən dövlət binaları kənarda tikilir".

Ekspert vurğulayıb ki, bu mənzillər qısa müddət ərzində satılacaq: "Həmin evlərin hansı formada satılması hələ bəlli deyil. Çünki o mənzillərin çıxarışı varsa, kreditlə almaq mümkündür, amma hələ dəqiq bir məlumat verilməyib. İstənilən halda şəhərdə olan binalar daha qısa müddətdə satılacaq. Bu mənzillərin satışa çıxarılması əmlak bazarındakı qiymətlərə elə də böyük təsir etməyəcək. Ümumiyyətlə, həmin evlər dövlət layihəsi olduğu üçün burada ümumi xərclər azdır. Çünki bu cür tikilən binalara torpaq dövlət tərəfindən pulsuz verilir və digər xərclərdən azad olunur. Yəni buna görə də həmin ərazidə olan digər tikililərlə rəqabət artacaq və cüzi də olsa, qiymət azalması müşahidə olunacaq".

İqtisadçı Xalid Kərimli isə söyləyib ki, həmin mənzillərin satılması büdcə üçün də sərfəlidir: "Bu mövzuya 3 aspektdən yanaşmaq olar. Bunlardan biri satışdan əldə olunan fondun sosial istiqamətdə, xüsusən də qazi və şəhid ailələrinin problemlərinin həlli üçün yönləndirilməsidir. Bu da sosial ədalət və vətənpərvərlik baxımından olduqca əhəmiyyətlidir. Həm də belə məsələlər üçün əlavə bir fondun yaradılması büdcəni artıq xərclərdən xilas edir. Məcburi köçkünlərə verilən evlərin satışa çıxarılması həm də mənzil bazarına təsir edəcək.

İstənilən halda o binaların satılması bazarda rəqabət yaradacaq. Bu rəqabət qiymətlərin ucuzlaşmasına təsir edəcək bir amildir. Nəzərə alsaq ki, bu evlərə dövlət tərəfindən müəyyən qiymət qoyulub, bazara təklif olunacaq. Bu, bazara şişirdilmədən yeni bir mənzil fondunun çıxarılması deməkdir. Hazırda mənzil bazarında baş verən proseslər ondan ibarətdir ki, tikinti xərcləri kəskin dərəcədə bahalaşır. Yeni mənzil fondunun yaradılması əlavə təklif deməkdir və təklif artdıqca qiymət aşağı düşür. İstənilən halda bu mənzillərin satışa çıxarılması rəqabəti artıracaq və qiymətlərin aşağı düşməsinə səbəb olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2209   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr