Həbsxanada ölən sabiq deputatın saxlanılan qardaşı AZADLIĞA BURAXILDI - YENİLƏNİB

Həbsxanada ölən sabiq deputatın saxlanılan qardaşı AZADLIĞA BURAXILDI - YENİLƏNİBNərimanov rayon məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-in məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilməyib. E.Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E. Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Nərimanov RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıda Yeni Klinikadakoronavirusdan dünyasını dəyişib.

11:46

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

"Report"un xəbərinə görə, o, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib.

Hazırda Nərimanov RPİ-in İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, bu gün E.Cəbrayılovun barəsində Nərimanov Rayon Məhkəməsi qərar verəcək.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2148   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr