"Moskva"nın vurulmasında Qərbin "Bayraqdar" tələsi
Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan "Moskva" gəmisinin vurulmasından sonra ABŞ və İngiltərə mediasının davamlı bir şəkildə "Bayraqdar"ları ön plana çıxarması, krayserin vurulmasında "Bayraqdar TB2" PUA-sının rolunu xüsusi vurğulaması qardaş Türkiyəyə qarşı təxribat cəhdidir.
Bu sözləri politoloq Ruslan Bəşirli deyib.
O bildirib ki, məqsəd Ukrayna və Rusiya arasında olan yeganə rabitə və danışıq kanalını kəsmək, uzunmüddətli müharibəyə nail olmaqdır.
"Digər mühüm məsələ isə Türkiyəni bu savaşa daxil etmək istəyidir. Ankara bu xeyirsiz Qərb layihəsini başa düşür və proseslərə təmkinlə yanaşır. Türkiyənin dövlət ağlı əsla onun mənafeylərinə cavab verməyən bir savaşa girməz", - politoloq qeyd edib.
R.Bəşirlinin fikrincə, Rusiyanın Kiyev və Çerniqovdan çıxması, gərginliyin azaldılması üçün Türkiyə çox mühüm rol oynamışdı:
"Ankara onsuz da Ukraynaya lazımı dəstək verib. Əvvəla, Rusiya ordusuna ciddi zərbə vuran "Bayraqdar"ları Ukraynaya satıb və müharibə başladıqdan sonra da müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, PUA-ların gerisini də verdi. İkincisi, Boğazları bağlamaqla Rusiyanın Qara dəniz istiqamətindən işğalına mane oldu. Üçüncüsü, İstanbulda Rusiyanı Kiyev və Çerniqovdan geri çəkilməyə razı saldı. Dördüncüsü, Ukraynaya humanitar yardımlar edir, Mariupol və digər şəhərlərdəki mülki insanların bir çoxu məhz Türkiyənin dəstəyi sayəsində bölgədən çıxarılıb".
Politoloqun sözlərinə görə, Ukraynanın arsenalında "Bayraqdar"la yanaşı, ABŞ-dan gətirilmiş ən müasir PUA-ların olduğu haqda məlumatlar var:
"Niyə Rusiya üçün önəmli olan bir gəminin vurulmasında həmin ABŞ PUA-larının və yaxud 10 apreldə Boris Consonun Ukraynaya özüylə gətirdiyi iddia edilən raketlərin deyil, "Bayraqdar"ın adını xüsusi olaraq vurğulayırlar? "Bayraqdar" Ukraynanın silahlanmasına çoxdan qəbul edilib, ABŞ-ın "Reaper"inin və yaxud Britaniya raketinin verildiyi haqda məlumatlar isə yenidir. Əgər "Bayraqdar"la Ukrayna buna qadir idisə, 50 gündür niyə kreyseri vurmurdu? Niyə bu kreyser "Reaper" və raketin Ukraynaya verilməsi xəbərinin dərhal ardından vuruldu? Çoxmu sevir Qərb mediası Türkiyəni və ya "Bayraqdar"ı? Axı Türkiyənin "Bayraqdar" istehsal edə bilməməsi üçün var gücləri ilə çalışırdılar? Axı həmin Qərb mediası Qarabağ savaşında "Bayraqdar"ı "Ərdoğanın qatil dronları" adlandırırdı? İndi "xilaskar" oldu?"/ Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1219 Tarix: 17 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
25 oktyabrAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25 oktyabrTramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha
25 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrİlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb
25 oktyabrHörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
25 oktyabrEboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
25 oktyabr