Putin ukraynalıları millət olaraq "ləğv etmək" istəyir: Uşaqları oğurlayıb aparırlar

Putin ukraynalıları millət olaraq "ləğv etmək" istəyir: Uşaqları oğurlayıb aparırlar"Rusiya Federasiyasının Ukraynaya və onun vətəndaşlarına qarşı törətdiyi hər yeni cinayətin əsas məqsədinin ukraynalıların "denazifikasiyası"dır. Millətin məhv edilməsinin tərkib hissələrindən biri isə on minlərlə uşağın qaçırılmasıdır. Hətta valideynləri və qanuni qəyyumları olan ukraynalı uşaqlar da Rusiyada zorla ruslaşdırılacaq və "övladlığa" veriləcək".

Dünyaya Rusiya ordusunun Ukraynadakı vəhşiliklərini ukraynalıların soyqırımı adlandırmağa başlaması üçün bir aydan çox vaxt lazım idi. Məsələn, ABŞ prezidenti Cozef Bayden bu yaxınlarda ilk dəfə bildirib ki, amerikalıların büdcəsi başqa ölkədə "diktatorun müharibə elan edib-etməməsindən və ya soyqırım törətməsindən" asılı olmamalıdır. Bundan sonra ABŞ dövlət katibinin müavini Viktoriya Nuland qeyd edib ki, ABŞ çox güman ki, Ukraynadakı işğalçıların hərəkətlərini soyqırım kimi müəyyən edəcək: "Baş verənlər təsadüfi deyil. Bu, Rusiyanın Ukraynanı və onun mülki əhalisini təkbaşına məhv etmək üçün düşünülmüş qərarıdır".

Kanadanın baş naziri Castin Trüdo da Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandırmağı düzgün hesab edir: "Soyqırımın müəyyənləşdirilməsi ilə bağlı rəsmi proseslər var, lakin mən hesab edirəm ki, Rusiyanın etdikləri ilə bağlı daha çox insanın soyqırım sözünü işlətməsi tamamilə düzgündür".

Bu kimi bəyanatlara isə Buçada Rusiya qoşunlaırnın mülki şəxsləri - ukraynalıları qəsdən atəşə tutması, amansız zorlamalar, işgəncələr, edamlar, oğurluqlar oldu. Rusiya tərəfindən işğal olunmuş Ukraynanın digər şəhər, kənd və qəsəbələri azad edildikdən sonra dünyanın daha nələr görəcəyini təsəvvür etmək dəhşətlidir.

Dünya siyasətçiləri arasında Kremlin ukraynalılara münasibətdə elan etdiyi "denazifikasiya"nın real məqsədlərini açıq-aşkar görməyənlər də var. Məsələn, Fransa prezidenti Emmanuel Makron "soyqırım" termini ilə bağlı sualı cavablandırarkən deyib: "Mən bu gün belə terminlərlə ehtiyatlı davranacağam, çünki bu iki xalq qardaşdırlar".

Ukrayna Xarici İşlər Nazirliyi isə artıq Fransa prezidentinə izah edib ki, "qardaş xalqlar" mifi Rusiya təbliğatçılarının uydurduğu cəfəngiyyatdır. Bu mif 2014-cü ildə, "qardaşlar" Ukraynanı işğal edəndə, Krımı ilhaq edəndə, Donbası işğal edəndə və səkkiz il ərzində 14 min ukraynalını öldürəndə yoxa çıxıb. İndi - Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə hər gün "qardaş" insanlar ukraynalı uşaqları və qocaları öldürür, qadınları zorlayır, Ukraynanın dinc əhalisinin evlərini dağıdıb qarət edirlər.

Rusiya, Ukraynadakı "xüsusi hərbi əməliyyat"ın məqsədlərindən birini Ukraynanın "denazifikasiyası" adlandırırlar. Rusiya hərbçilərinin bu məqsədə çatmaq üçün gördüyü hərəkətlər isə bunu göstərir: söhbət ukraynalıların bir millət kimi məhv edilməsindən gedir.

Ukrayna Ombudsmanı Lyudmila Denisova qeyd edir ki, Rusiya hərbçiləri Ukrayna vətəndaşlarının evlərini raket və tanklardan atəşə tutaraq, Ukraynanın şərqində və cənubunda işğal olunmuş ərazilərində valideynləri öldürür və ukraynalı uşaqları qaçırır. Denisovanın sözlərinə görə, təcavüzkar ölkənin informasiya mənbələrindən Rusiyanın 35 regionunda 150 minə yaxın ukraynalı uşağın olduğu məlumdur. Eyni zamanda işğalçılar Ukraynadan çıxarılan uşaqların yetim olduğunu iddia edirlər. Bu isə yalandır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1293   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25 oktyabr
.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki

25 oktyabr
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

25 oktyabr
.

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric

25 oktyabr
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25 oktyabr
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25 oktyabr
.

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident

24 oktyabr
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25 oktyabr
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25 oktyabr