Putinə Ukraynanı işğal etmək fikrini verən şəxslər – Onlar üç nəfərdir

Putinə Ukraynanı işğal etmək fikrini verən şəxslər – Onlar üç nəfərdir"Aljazeera" saytında dərc olunan məqalədə Rusiya lideri Vladimir Putinin Ukraynanı işğal etmək qərarının arxasında duran fəlsəfi və ideoloji səbəblər izah edilib.

Məqalədə hələ də davam edən pandemiyanın Avropada yeni müharibə ilə əvəz olunacağını heç kimin təsəvvür etmədiyi deyilib.

Məqalədə vurğulanıb ki, dünya Rusiyanın Ukrayna yönəlik hədələrini ciddi qəbul etsəydi, bəlkə də olayların bu yerə gəlib çatmasının qarşısını almaq olardı.

"Kremlin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, NATO-nun Rusiyanı cilovlamaq üçün davam etdirdiyi səylər Putini işğala sövq edən əsas səbəb kimi görünür, lakin bu işğalın arxasında daha dərin fəlsəfi və ideoloji motivlər də var. Bu motivləri anlamağa yalnız müəyyən rus mütəfəkkirləri kömək edə bilər. Təbii ki, bu işğalın Ukrayna xalqına gətirdiyi dağıntıları nəzərə alsaq, bu motivlərin heç biri Putinin addımlarına haqq qazandırmır. Amma bu motivlər Rusiya ilə Qərb arasında qlobal geosiyasi mübarizənin çoxsaylı ölçülərini anlamağa və bu mübarizənin həllini tapmağa kömək edə bilər", - məqalədə qeyd edilib.

Məqalədə Putini Ukraynanı işğal etməyə sövq edən rusiyalı filosofların baxışlarına da yer verilib.

Məqaləni ixtisarla təqdim edirik…

"Putinin Rasputini"

Vladislav Surkov və ya sovet əsilli ingilis jurnalist Peter Pomerantsevin "London Review of Books" nəşri üçün yazdığı məqalədə "Putinin Rasputini" adlandırdığı məşhur şəxs Rusiya liderinin siyasətinin və dolayı yolla Ukraynaya təcavüzün arxasında duran filosoflardan biridir. Uzun müddət Kremldə məsləhətçi olan Surkov 2006-cı ildən Moskvanı yönəldən "suveren demokratiya" doktrinasının əsas ideoloqudur. Hakimiyyətə iqtisadiyyat üzərində böyük nəzarət imkanı verən və mötədil liberalizmin avtoritar variantı olan "Surkovun suveren demokratiyası" çökməkdə olan Qərb liberalizminə alternativ kimi ortaya çıxır. "Ukrayna deyə bir şey yoxdur" iddiasının güclü tərəfdarı olan Surkov şübhəsiz ki, Putinin başlatdığı işğala gedən yolda siyasi-fəlsəfi çərçivənin hazırlanmasında əsas rol oynayan şəxslərdən biridir.

Mühacirətdə vəfat edən filosof - İlin

Putini tənqid edənlərin çoxunun fikrincə, Kremlin geosiyasi hədəflərini istiqamətləndirən və Ukraynanın işğalına yol açan Surkovun deyil, İvan İlinin ideyaları olub. 1954-cü ildə İsveçrədə mühacirətdə vəfat edən filosof bolşevik inqilabından sonra tərəfdarları Rusiyadan köçən rus antikommunist Ağ Hərəkatının əsas ideoloqu olub. İlin bolşevizmə qarşı çıxıb və İspaniyadakı Franko rejiminə bənzər xristian avtoritarizmini müdafiə edib. Dostoyevskini xatırladan İlin hesab edirdi ki, onun üzərinə Rusiyanın ənənəvi avtokratiyasını saxlamaq və Qərb liberalizminə müqavimət göstərmək vəzifəsi qoyulub.

Putin bu illər ərzində İlinə heyranlığını bir neçə dəfə nümayiş etdirib. 2004-cü ildə İlinin cənazəsinin İsveçrədən Moskvadakı Donskoy monastırına gətirilməsinə göstəriş və ölümündən sonra onun ölkəsinə qayıtmasına icazə verdi. 2014-cü ildə Putin vilayət qubernatorlarına İlinin "Bizim tərəf" kitabını, Vladimir Solovyovun "Yaxşılığın səbəbi" və Nikolay Berdyayevin "Bərabərsizlik fəlsəfəsi"ni oxumağı tövsiyə edib. Rusiyanın gələcəyi ilə bağlı tamamilə fərqli baxışları olan bu üç müəllifi birləşdirən cəhət onların rus xalqının, Rusiya dövlətinin "tarixi orijinallığını", "ilahi missiyasını" və qlobal məqsədlərini ifadə edən konsepsiyalar toplusuna - "Rus ideyası"na sadiqliyidir. Putinin illər ərzində İlindən bəhs edən çıxışlarını oxusanız, görərsiniz ki, Rusiya prezidentinin bu filosofla maraqlanması həmişə "Rus ideyası" ilə bağlı olub.

Bu illər ərzində həm Surkov, həm də İlinin Putinə təsir etdiyi anlaşılsa da, hər iki şəxsin Kremlin indiki geosiyasi mövqeyinin və ambisiyalarının ideoloji əsaslarını təkbaşına qurduqlarını söyləmək olmaz.

Bəs Putinin avtoritar ideoloji baxışı ilə Rusiyanı tarix səhnəsinin mərkəzinə qoyan fəlsəfəni birləşdirən, Ukraynanın işğalını tələb edən dünyagörüşünün memarı sayıla biləcək bir ad varmı? Əlbəttə var. Adı da Aleksandr Duqindir.

"Avrasiyaçılıq ideyası"nın müəllifi - Duqin

Duqin filosof, siyasi analitik və strateq olmaqla yanaşı, ultramillətçi Milli Bolşevik Cəbhəsi və Avrasiya Partiyasının aparıcı təşkilatçılarından biridir. Bu siyasi təşkilatlar neo-paqanizm, slavyançılıq və şərq pravoslavçılığı ənənələrini Duqinin liberal demokratiya, marksizm və faşizm elementlərini liberalizm və onun mistisizmi və ənənələrini inkar edən fərdlərə qarşı qarşı çıxan, yeni ideologiyada bir araya gətirən "Dördüncü siyasət nəzəriyyəsi"ndə birləşdirir. Bir dəfə "Hamımız liberal postmodernliyin əleyhinəyik", deyə yazmışdı.

Duqinin "Dördüncü siyasət nəzəriyyəsi" və 2009-cu ildə çap olunan eyni adlı kitabı Fransada Marin Le Pen və İtaliyada Matteo Salvini kimi müasir Avropanın populist radikal sağçılarının çoxuna təsir edib, şübhəsiz ki, Putinə də ilham verib. Bununla belə, Duqinin Rusiya prezidentinə ən çox təsir edən və bəlkə də onu Ukraynanı işğal etməyə sövq edən əsəri, bundan əvvəlki "Geosiyasətin əsasları" kitabı olub.

Sovet İttifaqının dağılmasından sonra Rusiyanın beynəlxalq arenada özünü necə bərpa edə biləcəyini təsvir edən bu kitab 1997-ci ildə nəşr olunduqdan qısa müddət sonra Rusiya hərbi universitetlərində tədris olunmağa başlayıb.

Duqin kitabında Rusiyanın keçmiş gücünə qayıtması üçün Şimali Amerika və Qərbi Avropanı təmsil edən "Atlnatizm"i, yəni liberalizm, azad bazar və demokratiyanı vaxtilə Sovet İttifaqının idarə etdiyi və iyerarxiya, ənənə və sərt hüquqi quruluşu müdafiə edən Avrasiya üzərindəki təsirini yox etməli olduğunu yazır. İddia edir ki, bu məqsədə çatmaq üçün Rusiya ABŞ-da daxili siyasi prosesləri qeyri-sabit məcraya aparmalıdır, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına zəmin yaratmalı və Ukraynanın ilhaqına başlamalıdır.

Duqinin nəzəriyyələrinin Putini ABŞ-dakı prezident seçkilərinə və 2016-cı il Breksit referendumuna müdaxilə və ya fevralda Ukraynanı işğal etməyə sövq edib-etmədiyini dəqiqləşdirmək mümkün deyil. Bununla belə, Rusiya dövlətinin son illərdə atdığı addımların Duqinin "Böyük Rusiya" qurmaqla bağlı fəlsəfəsi, ideologiyası və geosiyasi baxışı ilə üst-üstə düşdüyünü inkar etmək çətindir.

Duqin və bəlkə də Putinin fərqli mədəniyyətlər arasında məkan baxımından bölünmüş dünyagörüşünün Semuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" (1996) əsərindəki təsvirlərinə bənzəməsi olduqca təəccüblüdür. Onların arasında fərq ondadır ki, amerikalı alim Qərbin əsas rəqibinin İslam sivilizasiyası olacağını proqnozlaşdırıb. Bununla belə, Duqin iddia edir ki, Rusiyanın Qərb sivilizasiyasına qarşı Avrasiyanın aparıcı qüvvəsi kimi dayanacağı yeni dünya nizamı qurulacaq.

NATO-nun genişlənməsi, şübhəsiz ki, Moskvanı Ukraynaya hücuma təhrik etməsində rol oynasa da, yəqin ki, Kremli Frensis Fukuyamanın "Tarixin sonu" (1992) əsərindəki proqnozlarına zidd olan yola çıxmasına yuxarıda adı çəkilən filosoflar təhrik edib.

Putin filosoflarının təhlükəli baxışlarından hansı nəticələrin ortaya çıxacağını yaxın aylarda görəcəyik. Ukraynadakı müharibə hər iki tərəfi daha da radikallaşdırır və Qərblə Rusiya arasında münaqişəyə dinc həll yolu tapmaq hər keçən gün çətinləşir. Hər iki tərəfin xoşməramlı danışıqlara getməyə hazır olduğuna dair çox az işarə var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4044   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25 oktyabr
.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki

25 oktyabr
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

25 oktyabr
.

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric

25 oktyabr
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25 oktyabr
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25 oktyabr
.

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident

24 oktyabr
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25 oktyabr
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25 oktyabr