Bakıda "Mercedes"in bir neçə dəfə çevrilməsi zamanı xəsarət alanların durumu açıqlandı - YENİLƏNİB + VİDEO
Ötən gün baş verən qəza ilə bağlı Kliniki Tibbi Mərkəzə üç nəfər müraciət edib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Onun sözlərinə görə, onlar artıq evə buraxılıblar:
"Hadisə nəticəsində müraciət edənlər - 1963-cü il təvəllüdlü qadın və 2015, 2019-cu il təvəllüdlü uşaqlar olub. İlkin həkim müayinəsindən sonra hər üç şəxs evə buraxılıb".
Sözügedən qəzada ağır xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov sözügedən ünvanda baş verən qəzanın iki "Mercedes-Benz" markalı avtomobilin toqquşması səbəbindən baş verdiyini deyib:
"Mercedes-Benz" markalı 10-HD-581 və 90-CC-589 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə nəticəsində, bizdə olan məlumata görə, üç nəfər müvafiq qaydada profilaktik məqsədlə xəstəxanaya müraciət edib. Faktla bağlı araşdırma aparılır".
09:52
Bakıda ağır avtomobil qəzası baş verib.
Bu barədə video sosial şəbəkədə paylaşılıb.
Qəza nəticəsində "Mercedes-Benz" markalı, 10-ND-561 dövlət nömrə nişanlı avtomobilin bir neçə dəfə çevrilərək aşdığı iddia edilir.
Oxu.Az-ın məlumatına görə, qəzada beş nəfər yaralanıb. Üç böyük və iki azyaşlının olduğu qəzadan sonra iki nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib. Qəza zamanı nəqliyyat vasitəsində olan uşaqların müvafiq olaraq səkkiz və doqquz yaşları olub.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1174 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrQaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib
Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb. 9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilki
20 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrPasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi
17 oktyabr