"Prezidentin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahının təmin olunması dayanır"

"Prezidentin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahının təmin olunması dayanır""Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 12 aprel müşavirəsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın yaxın gələcəkdə daha nəhəng iqtisadi potensiallar əldə edilməsi ətrafında irəli sürülən fikirlər oldu".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, bu ilin birinci rübünün nəticələri onu deməyə əsas verir ki, ölkəmiz günü-gündən daha da inkişaf edir, gələcəyə uğurla addımlayır:

"Bunu həm birinci rübün iqtisadi göstəriciləri, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu, həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinin miqyası deməyə əsas verir. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir, ölkəmizə olan maraq daha da artır. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verilib - bərpa olunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyulub. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.

Ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Birinci rübün yekunlarındakı rəqəmlər, faktiki olaraq, heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır".

Fikirlərinin davamı olaraq, Tamam Cəfərova vurğulayıb ki, ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox, ixrac olunan məhsullar isə təxminən iki dəfə artıb:

"Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da 45 faiz artıb. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Bir il ərzində Azərbaycan xarici borcunu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilib. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olub. Bütün bunlar ölkəmizin iqtisadi potensialının yüksək səviyyədə olduğunun və sarsılmaz siyasi iradənin göstəricisidir.

Xatırladaq ki, cənab Prezident İlham Əliyev birinci rübün yekunlarına dair müşavirədə xarici ticarət balansının müsbət olduğunu qeyd etmişdi. Ölkə başçısı çıxışında "Xarici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir" deyə qeyd etmişdi.

Bütün bu nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Ölkəmiz heç kimdən bir manat dəstək almadan Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini həyata keçirir. Əminliklə deyə bilərik ki, azad edilmiş torpaqlar yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir.

Eyni zamanda ölkə başçısı çıxışında minatəmizləmə fəaliyyəti haqqında da fikirlərini söyləyib. O, qeyd edib ki, "Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə bastırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar, QHT-lər var. Gəlsinlər, kömək göstərsinlər. Maşın, mexanizmlər və texnika alınıb, hətta dronlar alınıb ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq mütəxəssis çatışmır, işçi qüvvəsi çatışmır".

Bu məsələdə də Azərbaycan öz gücü hesabına azad olunmuş əraziləri minalardan təmizləyir. Mövzu insan həyatı olsa da, ikili standartlar, hər zaman olduğu kimi, özünü göstərir. Buna baxmayaraq, qeyd etməliyik ki, Avropa İttifaqı Azərbaycana 2 milyardlıq kredit paketi elan edib. Bu, olduqca müsbət haldır. Erməni vandallığının nəticəsində 10 min kv.km ərazidə bir salamat bina qalmayıb. Əlbəttə, bu qədər geniş bir ərazidə quruculuq işlərinin həyata keçirilməsi çox böyük maliyyə vəsaiti hesabına mümkün ola bilər. Ona görə bu amil mütləq nəzərə alınmalıdır.

Şübhəsiz ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf etdiriləcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq".

Deputat onu da vurğulayıb ki, dünyada proseslər mənfi istiqamətdə gedir:

"Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Ərzaq qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlanıb. Əlbəttə, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bu səbəbdən buğda ilə təminatımız diqqət mərkəzində olmalıdır. Azad olunan torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verilib.

Bütün bunlar onu deməyə əsas verir ki, dünyada gedən bütün mənfi proseslərə baxmayaraq, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan xalqının həyat şəraiti daha da yüksələcək. Əminliklə deməliyik ki, ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan xalqının rifahının, xoş güzəranının təmin olunması dayanır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1000   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021