Qədr gecələri ilə bağlı AÇIQLAMA
Artıq mübarək Ramazan ayının yarısından çoxu keçib. Qarşıdan Qədr gecələri gəlir. Bu gecələrin fəziləti, əməlləri nədən ibarətdir?
Sonxeber.az bu mövzuda suallarını Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevə ünvanlayıb.
O bildirib ki, Peyğəmbərimizdən bizə çatan hədisə əsasən, Qədr gecələri Ramazan ayının sonuncu 10 günündən birinə təsadüf edir:
"Hətta hədislərdə hər gecəni Qədr gecəsi bilməyimiz, Ramazan ayının və onun fəzilətinin savabını dərk etməyimiz tövsiyə olunur.
Adından da məlum olduğu kimi, Qədr gecəsi qədir, dəyər, qədər mənasındadır. Həmin gecədə Allahu-təala bütöv "Quran"ı Peyğəmbərin qəlbinə nazil edib.
Rəsulullah həmin gecə yatmayıb, sübhə qədər oyaq qalıb və Allahdan gələn vəhyi qəbul elib. Təbii ki, Qədr gecəsində oyaq qalıb əhya saxlamaq, dua edib, ibadətlə məşğul olmaq savabdır. Bu gecənin öz ibadətləri var.
Qədr gecəsi böyük və dəyərli bir gecədir. Dediyimiz kimi, insan bu mübarək ayın hər gecəsini Qədr gecəsi bilməlidir, amma bacarmasa, heç olmasa, son 10 günü əhya saxlaması bəyənilir. "Quran"ın da dediyi kimi, bu gecə min aydan daha xeyirlidir. Başqa aylarda belə bir gecə yoxdur.
Alimlərin nəzərinə əsasən, biz 4 gecəni vəhdət olaraq qərarlaşdırıb məscidlərimizdə Qədr gecəsi kimi qeyd edirik: 19-cu, 21-ci, 23-cü və 27-ci günlərin gecəsi.
Allah Ramazan gecələrimizi və gündüzlərimizi fəzilətli, bərəkətli etsin, dualarımızı qəbul etsin".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4571 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabr