"Azərbaycan qızlarının yerinə xəcalət çəkdim" - Blogerə görə yaşanan izdihama SƏRT REAKSİYA
"Ötən gün "Park Bulvar"da yaşanan izdihamı gördükdə bir Azərbaycan vətəndaşı kimi həqiqətən xəcalət çəkdim".
Bunu Demokrat.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bloger Hüseyn Həsənovla görüşdəki izdiham barədə danışan Hacıyev bunun cəmiyyət üçün çox utancverici hadisə olduğunu vurğulayıb:
"Hələ də o hisslərdən ayrıla bilmirəm. Bir saqqallı gədə gəlsin Bakıya və Azərbaycan gəncliyini başına yığsın, sonda belə bir biabırçılıq yaransın. Bu, milləti, gəncliyi ələbaxımlı etməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi, xalqı Ali Baş Komandanın ətrafında birləşdi və torpaqlarımızı erməni terrorçularından azad etdi. Amma bir gədə gəlib Bakıya və "İphone" adı ilə milləti aldadıb, bulvarlara töküb. Bu izdihamın içində kim olursa-olsun, bizim üçün utancverici hadisədir. Mən, sözün düzü, belə şeyləri qəbul etmirəm. Biz böyük millətik! Azərbaycan xalqı ləyaqətli xalqdır!".
H.Hacıyev qeyd edib ki, belə hadisələr düşmənə siqnal verir:
"Bu gün-sabah kimsə gələcək və "İphone" adı ilə milləti yığacaq başına və sonra da başqa komanda verəcək. Bu, həqiqətən də çox qorxulu haldır. Bu, düşmənlərin ilk məşqi də ola bilər. Sabahısı gün mən də çıxım, başqası da çıxsın ki, "İphone" paylayıram. Adamları töküm başıma və başqa komandalar verim. Görün, bu, nə dərəcədə qorxuludur. Bununla, ölkədə təxribatlar törədilə bilər. Çünki düşmənə işarə verir ki, Azərbaycan xalqı bir "İphone"a görə meydana tökülür. Sabahısı gün düşmən gələr və "İphone"dan da bahalı bir şey təklif edə bilər".
Onun sözlərinə görə, bu hadisə Azərbaycan gəncliyi adına yaraşmayan addımdır:
"Azərbaycan qızlarının yerinə xəcalət çəkdim. Görəsən, onların yiyələri tüpürmədilər onlara? Ay mənim qızım, gedirsən, orada bir "İphone"a görə niyə özünü öldürürsən? Bu, bizim üçün utancvericidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1707 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabr