MTK-lar xidmət ödənişləri gecikdiyi üçün sakinlərin kommunal təchizatını dayandıra bilər? - AÇIQLAMA

MTK-lar xidmət ödənişləri gecikdiyi üçün sakinlərin kommunal təchizatını dayandıra bilər? - AÇIQLAMADaxili xidmət ödənişləri gecikdirildiyinə görə sakinlərin kommunal təchizatının dayandırılması qanunaziddir.

Bəzən mənzil tikinti kooperativlərinin idarəetməsində olan binalarda sakinlərin işıqları qanunsuz olaraq söndürülür. Bunu edən isə bina komendantları və ya yaşayış binasının digər idarəçiləridir.

Oxu.Az-ın əməkdaşı bu istiqamətdə sorğu aparmaq qərarına gəldi.

Apardığımız sorğu zamanı sakinlər bildiriblər ki, binanın daxili xidmətləri məsələn lift pulu, tullantıların daşınması üçün ödənilən məbləğ və digər ödənişlərdə gecikmələr olanda qanunsuz olaraq onların kommunal, xüsusən də işıq təchizatı xəbərdarlıq edilmədən dayandırılır:

"Belə olan halda isə evdə azyaşlı övladı və ya xəstəsi olanlar ciddi problemlə qarşılaşırlar".

Bəzi binalarda isə komendantların sakinlərə üzərində heç bir möhür, imza olmayan kağız parçası paylayaraq orada qeyd edilən məbləği ödəməyi tələb etməsi ilə bağlı da xəbərlər yayılır.

Məsələ ilə bağlı ekspert Ramil Osmanlı deyir ki, vətəndaşların daxili xidmət ödənişlərinin gecikdirilməsinə görə qaz, işıq, su təchizatının MTK-lar tərəfindən dayandırılması yolverilməzdir:

"Çünki vətəndaşlar kommunal xidmət göstərən qurumlarla ikitərəfli öhdəliklərə dair müqavilə bağlayır. Bu problem bir neçə il öncə daha qabarıq idi. Son zamanlar belə şikayətlərin sayı azalsa da, problem hələ də qalmaqdadır. Səbəb isə istismara verilməyən binaların mövcudluğudur".

Ekspert deyir ki, həmin binalar təhvil verilmədiyinə görə sahə mülkiyyətçilərinin sayğacları yoxdur. Sayğaclar yalnız Mənzil Tikinti Kooperativi hüquqi şəxs üçün nəzərdə tutulub.

Bəs bu problem həllini necə tapmalıdır?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu tip problemlərə dair vətəndaş müraciətlərinin sayı artıb:

"Müraciətlərin əksəriyyəti şikayət xarakterli olsa da, bəzi vətəndaşlar belə halların qanunvericilik baxımından əsaslı olub-olmamasını öyrənmək istəyirlər. Mövcud qanunvericiliyə əsasən, elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı xidmətlər təchizatçı müəssisələr ilə mənzilin sahibi (mülkiyyətçisi) arasında bağlanılan ikitərəfli müqavilə əsasında təmin olunur. Həmin xidmətlərin göstərilməsi zamanı hər hansı üçüncü tərəfin iştirakı nəzərdə tutulmayıb.

Qeyd edilənlərə uyğun olaraq, istehlakçılar qanunvericilikdə göstərilən hallarda təchizatçı müəssisənin əməkdaşlarının iştirakı olmadan kommunal xidmətləri əldə etməkdən məhrum oluna bilməzlər. Çoxmənzilli binalarda yaşayan sakinlərin mənzillərinə hər hansı borca görə və ya digər subyektiv tələblər əsasında elektrik enerjisi, su və qazın verilişinin hər hansı üçüncü şəxs, o cümlədən mənzil tikinti kooperativinin nümayəndəsi, yaxud çoxmənzilli yaşayış binasının digər idarəçisi tərəfindən dayandırılması qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yaradır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1560   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr