Ermənistanın mina müharibəsi: 20 azərbaycanlı faciədən son anda qurtuldu

Ermənistanın mina müharibəsi: 20 azərbaycanlı faciədən son anda qurtulduErmənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir.

"Report" xatırladır ki, düşmənin bir müddət əvvəl Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-i feyk çıxıb.

Beləliklə, məlum olur ki, erməni hərbçilərinin basdırdığı minaların yerini gizlətməklə müharibə cinayətlərini davam etdirmək, yeni-yeni günahsız insanların ölümü məqsədini güdür.

Bir neçə gün əvvəl - aprelin 16-da Kəlbəcər rayonunda yolda aşkarlanan mina da bunu sübut edir.

Belə ki, Kəlbəcərin Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina aşkarlanıb.

Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Həmin heyətdə rayonun Günəşli kənd sakini Rasim Əmirov da iştirak edib.

"Report"a açıqlama verən R.Əmirov bildirib ki, Müdafiə Nazirliyinin minaaxtaran əsgəri həmin gün 20 nəfərin həyatını xilas edib:

"Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini ilə doğma yurdumuzu ziyarət etməyə getdik. Qardaşım baş leytenant Rəsul Əmirov 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Biz də həm kəndimizi, həm də kənd qəbiristanlığını ziyarət etdik, ermənilər tərəfindən dağıdılmış yurd-yuvamızı gəzdik. Bizimlə gedən şəxslərdən birinin atası ilə bacısı "Tunel qətliamı"nda erməni vandalları tərəfindən öldürülüb. Həmin şəxsin evinin yaxınlığında, 20 nəfərdən ibarət heyəti daşıyan avtobus yolunun üzərində tank əleyhinə mina aşkarlandı. Minanı Müdafiə Nazirliyinin əsgəri Mərdəli Aşurov tapdı. Sonra minaaxtaranlar minanı oradan çıxartdı.

Bildiyiniz kimi, bizim kəndimiz Kəlbəcər rayonunun ucqar kəndlərindən biridir. Görünür ki, ermənilər ərazidən qovulanda minanı basdıraraq çıxıblar. Əsgərimiz bizi böyük faciədən xilas etdi. Ona çox təşəkkür edirik".

Qeyd edək ki, aşkarlanan tank əleyhinə mina Günəşli kəndinə 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5 183 ədəd tank əleyhinə mina olmaqla, 30 778 ədəd mina və PHS zərərsizləşdirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2502   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr