Sergey Şoyqunun qızından şübhəli PAYLAŞIM: "Düz bir il əvvəl..." - FOTO

Sergey Şoyqunun qızından şübhəli PAYLAŞIM: "Düz bir il əvvəl..." - FOTORusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı müzakirələrə səbəb olan paylaşım edib.

Sfera.az bildirir ki, nazirin sosial media üzərindən mesaj paylaşan qızı Knesiya atası ilə bağlı müəmmalı məqamları bir az da qəlizləşdirib.

Belə ki, "Telegram" vasitəsilə "Mənim fəxrim, rəhbər ulduzum, atam... Sənin qızın olmaqdan qürur duyuram", sözlərini paylaşan 31 yaşlı Kseniya Şoyqu ilə bağlı ağıllarda sual işarəsi yaradıb.

Digər tərəfdən, Kseniyanın mesajının atasının dövlət qulluğunda işləməsinin 31-ci ili şərəfinə yazıldığı açıqlanıb. Mesaj bu cür davam edib: "31 il hökumətdə! Düz bir il əvvəl onun xidmətlərindən bəhs edən film çəkdik. Onun o filmə belə sığmayan maraqlı hekayələrlə dolu bir həyatı var idi...".

Onun bu sözləri təbrik mesajı kimi görünsə də, növbəti dəfə müdafiə nazirindən şübhələr yaranmağa başlayıb.

Xatırladaq ki, Sergey Şoyqu sonuncu dəfə mərhum rusiyalı siyasətçi və Putinin yaxın dostu Jirinovskinin dəfn mərasimində görülüb. Həmin günlə bağlı nazirin çətinliklə yeridiyi istiqamətində şərhlər olub.

Qeyd edək ki, martın sonlarında qəfil yoxa çıxan Şoyqunun xəstə olması və ya Putin tərəfindən işdən çıxarılması istiqamətdə fikirlər yayılıb. Nazirin son video görüntülərinin saxta olduğu bir neçə dəfə iddia edilib, daha sonra o, canlı yayıma çıxmaqla əslində sağ olduğunu sübut edib. Sonrakı iddialar Sergey Şoyqunun çox ciddi infarkt keçirdiyi barədə olub. 66 yaşlı nazirin Rusiya lideri Putinin göstərişi ilə zəhərləndiyini deyənlər də çıxıb. Digər iddiaya görə isə, Putin ən etibar etdiyi nazirinə Ural dağlarında gizlənməyi əmr edib.
Sergey Şoyqunun qızından şübhəli PAYLAŞIM: "Düz bir il əvvəl..." - FOTOSergey Şoyqunun qızından şübhəli PAYLAŞIM: "Düz bir il əvvəl..." - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3196   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Makron və Əl Şaraa Suriyadakı gərginliyin artmasını müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb. "Report"un məlumatına görə, Makron bu barədə "X"də yazıb. "Bu gün səhər Suriyanın Prezidenti ilə danışdım. Ona Suriyada gərginliyin artması və ölkə hakimiyyəti tərəfindən həyata keçirilə

18 yanvar
.

Trampın "dünyanı dəyişəcək" deyilən çıxışı başladı

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edir. xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi bu çıxış hələ başlamamışdan əvvəl böyük marağa səbəb olub. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff çıxışdan öncə verdiyi açıqlamada prezidenti

21 yanvar
.

Türkiyəli yutuber saxlanıldı

Türkiyəli yutuber, sosial media fenomeni Bilal Hancı saxlanılıb. Axşam.az xəbər verir ki, yutubda "Kafalar" qrupunun üzvü kimi tanınan Bilal İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən saxlanılanlar arasınd

20 yanvar
.

73 yaşlı Putin yenə gündəmdədir: Buzlu suya girdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin pravoslavların Epifaniya (Xaç suyuna girmə) ənənəsi çərçivəsində buzlu suya girib. türk mediasına istinadən xəbər verir ki, sözügedən anları əks etdirən video sosial şəbəkədə qısa zamanda geniş yayılaraq gündəm olub. Minlərlə istifadəçi tərəfindən paylaşılan görüntülə

19 yanvar
.

İlon Mask doğum səviyyəsindən narahatdır

Amerikalı milyarder, sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask bütün dünyada doğum səviyyəsinin azalmasından narahatdır. -ın xəbərinə görə, İlon Mask bu barədə X-da yazıb. İlon Mask bildirib ki, bu tendensiya davam edərsə, zamanla bütöv mədəniyyətlər və ölkələ

18 yanvar
.

Ölkəsindəki problemi həll etmək üçün Ərdoğanı nümunə göstərdi: "Onu bura gətirməliyik" - VİDEO

Afrikanın Hind okeanı sahillərində yerləşən, Tanzaniyaya bağlı muxtar bölgə olan Zənzibarda bir taksi sürücüsünün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, Zənzibardakı bərbad yol infrastrukturunda

21 yanvar
.

Tibb dünyasında müzakirə olunan araşdırma: Çarə kosmosdadır?

Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübədə bakteriyalara yoluxan virusların mikroqravitasiya şəraitində fərqli şəkildə təkamül keçirdiyi bildirilib. Tapıntıların Yer üzündə aparılan əlavə təcrübələrlə antibiotiklərə davamlı infeksiyalarla mübarizəyə töhfə verə biləcəyi qeyd olunub. Qaynarinfo xəbə

20 yanvar
.

Avstriyanın Alp dağlarında qar uçqunları nəticəsində beş nəfər həlak olub

Alp dağlarınının Avstriya ərazisinə düşən hissəsində qar uçqunları nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Avstriyanın "ORF" teleradio şirkəti məlumat yayıb. Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüy

18 yanvar
.

87 yaşlı qadın dövləti külli miqdarda ziyana saldı

Yozqatda 87 yaşlı bir qadının 21 il əvvəl vəfat etmiş bacısının şəxsiyyət vəsiqəsindən istifadə etdiyi məlum olub. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar zamanı onun mərhum yeznəsindən qalan pensiya maaşını uzun illər ərzində aldığı, banklardan kreditlər götürdüyü və müxtəlif dövlət qurumlar

21 yanvar