Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq

Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaqAzərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq

Sonxeber.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.

Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.

Qeyd olunanlar nəzərə alınaraq Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı "Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması" tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.

Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1381   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məktəb bufetlərində qida təhlükəsizliyi üçün vahid və sərt nəzarət sistemi vacibdir" - Təhsil eksperti

Məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son vaxtlar bəzi təhsil müəssisələrində bufet məhsullarından zəhərlənmə halları ilə bağlı yayılan məlumatlar valideynlərin narahatlığını artırıb. Bu problem məktəb bufetlərində qida təhlükəsizliyi və nəzarət məsələlərini

7 may
.

"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama

"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb". Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalov

8 may
.

Akif İslamzadənin son durumu açıqlandı - Oğlundan açıqlama

Müğənni Akif İslamzadənin səhhəti normallaşıb. Bunu Qaynarinfo-ya açıqlamasında sənətkarın oğlu Ayxan İslamzadə deyib. O bildirib ki, Alif İslamzadə günün ikinci yarısına palataya köçürüləcək:. "Səhhəti qaydaya düşüb. Hər şey yaxşıdır. Həkimlər deyir ki, bir azdan palataya köçürəcəyik". Qey

8 may
.

İş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr

İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər

8 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir. Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Denter

8 may
.

Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb. Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçıla

7 may
.

Sumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu + Video

Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayı

7 may
.

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl

8 may