"Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım"

"Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım""Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də arzulayacaqsan. Arzusuz həyat mümkün deyil. Arzular bitmir, tükənmir. Aktyorun ən böyük arzusu tamaşaçını sevindirməkdir. Tamaşaçı gülüşü aktyora bəs edir".

Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Dövlət Kukla Teatrının aktyoru Aslan Fətullayev deyib.

O, bildirib ki, son illərdə yaş senzi ortalığa çıxıb:

"Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hal yaşanar. Sabah hansısa teatrda 50-60 yaşlı aktyorun rolunu 25-30 yaşlı oğlana versələr, onlar bu obrazın heç 20 faizini də yarada bilməzlər. Hər yaşın öz tendensiyası var da. Qoca aktyor avtomatik həmin ştrixləri bilir. Aktyorların teatrlardan uzaqlaşdırılmasına pis baxıram. Əslində cavanlar bu sənətkarlardan öyrənməlidirlər. Onlar bir məktəbdir. Amma əfsuslar olsun ki, biz həmin məktəbləri bağlayırıq".

Aslan Fətullayev qeyd edib ki, illər əvvəl sənətdə ona maneçilik edən çox olub.

"O qədər insan bu yolda mənə mane olub ki... Əksəriyyəti də sənət adamı olub. Mən onlara öz sənətimlə, uğurlarımla, tamaşaçı alqışları ilə cavab vermişəm. İnsanın yolunu kəsib, onu küsdürənlər çox olur. Hətta bir dəfə Hollivuddan rejissor gəlmişdi. Demişdilər ki, səni filmə çəkmək istəyir. Tək mən deyildim, bir neçə aktyorumuzu da çəkmək niyyətində idi. Mən də sevindim, dedim ki, nə olar, çəkilərəm. Hazırlıq görüb saçımı da uzatmışdım. Bizim yerli sənətçilərdən biri ona demişdi ki, "Aslan uzun müddətdir filmə çəkilmir, tamaşa oynamır, aktyorluq istedadına əmin deyiləm, yadırğaya bilər". Onun bu sözü məni ağır depressiyaya salmışdı. Özümə söz verdim ki, bundan sonra filmə çəkilməyəcəyəm. Hətta məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş də qoydurdum. Bu hadisə uzun illər əvvəl olmuşdu", - deyə o, bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1529   Tarix: 20 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

5 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini

4 sentyabr