Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldüMeksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb.

"Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərinin meyitləri Mexiko şəhəri yaxınlığındakı lüks məhəllələrdən birində yerləşən mənzildə aşkarlanıb.

Melendezin 35 yaşlı həyat yoldaşı Ana Paulanın dörd aylıq hamilə olduğu bildirilib. Digər qurbanın isə ailə tərəfindən dayə kimi işə götürülən 21 yaşlı Aleida Romero Viktorio olduğu müəyyənləşdirilib.

Rəsmilərin sözlərinə görə, qurbanlardan üçünün, o cümlədən, 3 yaşlı uşağın baş nahiyəsində, digərinin isə kürəyində güllə yarası aşkarlanıb. İki nəfərin əlləri bağlı vəziyyətdə tapıldığı, ailənin itinin isə ayaqları bağlanmış halda ölü vəziyyətdə olduğu bildirilib.

Polis mənzildə 6 yaşlı oğlan uşağını da sağ və xəsarətsiz vəziyyətdə aşkarlayıb.

Qətllərin çərşənbə axşamı yerli vaxtla saat 17:30-19:40 arasında törədildiyi ehtimal edilir.

Qətllərlə bağlı aparılan istintaq çərçivəsində iki nəfər saxlanılıb.

Prokurorluq Melendezin biznes ortağı olduğu bildirilən Diyeqo Sebastian "N"nin qətllərin ehtimal olunan əsas şübhəlisi olduğunu açıqlayıb. Herardo "N" adlı digər şəxsin də hadisə ilə bağlı araşdırıldığı bildirilib.

Meksika Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuxun sözlərinə görə, şübhəlilərdən biri qurbanlardan biri ilə münasibətindən və onun etibarından istifadə edərək mənzilə daxil olub.

Prokurorlar qətlin təfərrüatları və saxlanılan şəxslərin hüquqi statusu ilə bağlı əlavə məlumatların istintaqın müvafiq mərhələsində açıqlanacağını bildiriblər.

Qətllərin motivi hələlik açıqlanmayıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 295   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur aktyor bacısının toyuna getmədi - İLGİNC SƏBƏB - VİDEO

Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit ailə həyatı qurub. xəbər verir ki, toy mərasimi Samsunun Bafra rayonunda keçirilib. Özçivit ailəsinin üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdə Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin olmaması diqqət çəkib. Məlumata görə, Burak Özçivi

30 avqust
.

Xalq artistinin 1 yaşlı nəvəsi - Foto

Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır

2 sentyabr
.

Maykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib. xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. Prins Cekson məşhur "Cirque du Soleil Michael Jackson ONE" şousunu izləyib

3 sentyabr
.

Boşanıb, ayrıla bilməyən məşhurlar

Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:. Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarhe

30 avqust
.

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini

4 sentyabr
.

Nigar Camalın qızı İngiltərədə möhtəşəm qol vurdu

Azərbaycanın tanınmış müğənnisi Nigar Camalın qızı Jasmin Keyn futbol karyerasını İngiltərədə uğurla davam etdirir. xəbər verir ki, hazırda "Luton Taun"un şərəfini qoruyan gənc futbolçu son qarşılaşmalardan birində baxımlı qola imza atıb. Jasminin fərqləndiyi epizod sosial şəbəkələrin Azərbayca

18 avqust
.

Boyları 1.52 metrdən az olan 7 məşhur - SİYAHI

Ekranda məşhurların boyunu müəyyən etmək heç də həmişə asan deyil. Kamera bucağı, ayaqqabı və geyim amili ulduzları olduğundan daha hündür göstərə bilir. xəbər verir ki, "People" nəşri boyu 152 santimetrdən az olan məşhurların siyahısını hazırlayıb. Onların bir çoxu kiçik boylarını kompleks

19 avqust
.

8 il sonra eyni serialda çəkiləcəklər

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"

23 avqust
.

İllərdir yaşanan küsülülük bitdi - Foto

Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında illərdir davam edən küsülülük sona çatıb. Axşam.az xəbər verir ki, sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər. Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq "Uzun aradan sonra yenidə

29 avqust