Boşanıb, ayrıla bilməyən məşhurlar

Boşanıb, ayrıla bilməyən məşhurlarŞou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır.

Sonxeber.az Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:

Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarheç də az deyil.

Demi Mur və Bryus Uillis

Demi Mur və Bryus Uillis Hollivudun ən mehriban keçmiş cütlüklərindən hesab olunurlar. Onlar 1987-ci ildə evlənib, üç qız övladı dünyaya gətirib və 2000-ci ildə boşanıblar. Nikahın sona çatması ailə münasibətlərini dağıtmayıb.

Demi Mur keçmiş həyat yoldaşının ailəsi ilə sıx əlaqəsini qoruyub. Bryus Uillisə frontotemporal demensiya diaqnozu qoyulduqdan sonra aktrisa onun yanında olmağa davam edib. Mur bildirib ki, boşanma baş versə də, övladlarını hər zaman birinci yerə qoyublar və ailə bağları heç vaxt tam qırılmayıb

Qvinet Peltrou və Kris Martin

Aktrisa Qvinet Peltrou ilə "Coldplay" qrupunun solisti Kris Martin 2014-cü ildə ayrıldıqlarını açıqlayıblar. Onların boşanma qərarını "şüurlu ayrılıq" adlandırması həmin dövrdə böyük müzakirə yaradıb.

Peltrou sonradan Kris Martinlə münasibətinin adi keçmiş ər-arvad əlaqəsindən daha yaxın olduğunu bildirib. Aktrisanın sözlərinə görə, onlar hələ də bütöv bir ailədirlər və çətin məqamlarda bir-birlərinə dəstək verirlər. Keçmiş cütlük iki övladının vacib günlərində də birlikdə görünür.

Cennifer Qarner və Ben Afflek

Cennifer Qarner və Ben Afflek 2005-ci ildə evlənib, 2018-ci ildə isə rəsmən boşanıblar. Üç övladı olan keçmiş cütlük ayrılıqdan sonra valideynlik məsuliyyətini birlikdə davam etdirib.

Qarner etiraf edib ki, uşaqları iki ayrı evdə böyütmək müəyyən çətinliklər və itki hissi yaradır. Buna baxmayaraq, keçmiş cütlük övladları ilə bağlı məsələlərdə ünsiyyət saxlamağı bacarıb. Afflek də Qarnerin çəkilişdə olduğu vaxtlarda uşaqların qayğısına qalaraq ona dəstək göstərib.

Miranda Kerr və Orlando Blum

Supermodel Miranda Kerr ilə aktyor Orlando Blum 2013-cü ildə boşanıblar. Onların Flinn adlı bir oğulları var. Ayrılıqdan illər keçməsinə baxmayaraq, Kerr keçmiş həyat yoldaşını "qardaşı kimi" gördüyünü söyləyib.

Model bildirib ki, boşandıqları ilk gündən oğullarının maraqlarını şəxsi incikliklərdən üstün tutmağa qərar veriblər. Onlar bir-birindən təxminən 10 dəqiqəlik məsafədə yaşayır, müntəzəm danışır və övladları ilə bağlı qərarları birlikdə qəbul edirlər.

Kortni Koks və Devid Arket

"Dostlar" serialının ulduzu Kortni Koks və aktyor Devid Arket də boşandıqdan sonra münasibətlərini qoruyan məşhurlar sırasındadırlar. Cütlük 1999-cu ildə ailə qurub, 2013-cü ildə boşanıb. Onların Koko adlı bir qızı var.

Keçmiş ər-arvad ayrılıqdan sonra övladlarının tərbiyəsində birgə iştirak edib. Onların münasibəti göstərib ki, nikahın sona çatması qarşılıqlı hörmətin də bitməsi demək deyil.

Bu məşhurların hekayəsi boşanmadan sonra dost qalmağın mümkün olduğunu göstərir. Onları birləşdirən əsas məqam isə keçmiş inciklikləri deyil, övladlarının rahatlığını və ailə bağlarını üstün tutmalarıdır. Bəzən sevgi bitir, amma hörmət və illərlə qurulan yaxınlıq başqa formada yaşamağa davam edir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 645   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır

Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə

24 sentyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

Kubilayla Hafsanur ayrıldı

Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu

2 oktyabr
.

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"

"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min mana

5 oktyabr
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29 sentyabr
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

1 oktyabr