Dənizdə boğulma təhlükəsi keçirən müəllim 8 gün sonra həyatını itirdi
Türkiyənin Samsun şəhərinin 19 Mayıs rayonunda sərinləmək üçün dənizə girən ibtidai sinif müəllimi İbrahim Çakmak boğulma təhlükəsi keçirib. Xəstəxanaya yerləşdirilən müəllim 8 gün davam edən həyat mübarizəsindən sonra dünyasını dəyişib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 26-da Dereköy ərazisindəki sahildə baş verib. Mustafa Erdin İbtidai Məktəbində müəllim işləyən İbrahim Çakmak sərinləmək üçün dənizə girib. Bir müddət sonra onun suda çabaladığını və boğulmaq təhlükəsi ilə üzləşdiyini görən ətrafdakı insanlar dərhal köməyə gəlib və Çakmakı sudan çıxarıblar.
Hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və təhlükəsizlik əməkdaşları göndərilib.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra İbrahim Çakmak təcili tibbi yardım avtomobili ilə Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsində müalicə olunub.
Həkimlərin səylərinə baxmayaraq, 8 gün davam edən həyat mübarizəsindən sonra müəllimi xilas etmək mümkün olmayıb.
Çakmakın meyiti yarılma proseduru üçün Samsun Ədli Tibb Qrup Rəhbərliyinin morquna aparılıb.
Hadisə ilə bağlı araşdırma davam edir. Müəllimin ölümü təhsil ictimaiyyətini və yaxınlarını kədərə boğub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 550 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqustQazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Amil Dəmirov saxlanılıb. -ın məlumatına görə, həmin şəxsdən 4 kiloqram narkotik vasitə və 300 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotik vasitələri müxtəlif ünvanlar
23 avqustGöygöldə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralananların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhə
26 avqustCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqustXətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman "Chevrolet" markalı
30 avqust