Evə girməyə çalışan iki qadın saxlanıldı - üzərlərindən görün nə çıxdı - VİDEO
Türkiyənin Adana şəhərində evin qapısını açmağa çalışarkən məhəllə sakinləri tərəfindən yaxalanan iki qadının polisə verdiyi ifadələr üzə çıxıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı özünü yerə ataraq qıcolma təqlidi edən 26 yaşlı Yeter U. və onun epilepsiya tutması keçirdiyini iddia edən 24 yaşlı Gökçe U. polis tərəfindən saxlanılıb. Şübhəlilərin üzərindən qapı açmaq üçün istifadə edildiyi bildirilən alət aşkarlanıb.
Hadisə avqustun 31-də saat 15:30 radələrində Seyhan rayonunun Küçükdikili məhəlləsində baş verib. Gökçe U. və Yeter U. Fatma Kılavuzun evinin qapısını açmağa çalışıblar. Vəziyyəti görən ev sahibi evin qarşısına çıxanda şübhəlilər qaçmağa başlayıblar.
Məhəllə sakinləri qadınların arxasınca düşərək onları yaxalayıblar. Bu zaman Yeter U. özünü yerə ataraq çırpınmağa başlayıb. Gökçe U. isə onun epilepsiya xəstəsi olduğunu və tutma keçirdiyini iddia edərək təcili yardım çağırılmasını istəyib.
Ev sahibi Fatma Kılavuz isə qadınların özlərini xəstə kimi göstərdiklərini düşünərək buna etiraz edib və yaşananları mobil telefonla lentə alıb.
Kılavuzun məlumatı əsasında əraziyə polis əməkdaşları göndərilib. Polis gələn zaman Yeter U.-nun özünə gəldiyi müşahidə olunub. Şübhəlilərin üzərində axtarış aparan polis əməkdaşları qapı açmaq üçün istifadə edildiyi bildirilən maymuncuq aşkar ediblər.
Araşdırma zamanı Yeter U.-nun 80, Gökçe U.-nun isə 20 ayrı cinayət üzrə qeydiyyatının olduğu müəyyənləşib.
Fatma Kılavuz bundan təxminən 3 ay əvvəl də evinə oğru girdiyini və təqribən 1,5 milyon türk lirəsi dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. O, saxlanılan qadınlardan şikayətçi olub.
Polisdə ifadə verən Yeter U. və Gökçe U. isə məqsədlərinin oğurluq olmadığını, ehtiyacı olan insanlara çatdırmaq üçün yardım toplamağa çıxdıqlarını iddia ediblər.
İstintaq tədbirlərindən sonra məhkəməyə göndərilən Yeter U. və Gökçe U. barəsində həbs qərarı çıxarılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 310 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə
25 avqustXətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman "Chevrolet" markalı
30 avqustSabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktl
30 avqustZəhərli otlar mal-qaranı tələf etdi: "Əli bıçaq tutan hər kəs bura gəlsin"
Türkiyənin Çorum vilayətində heyvanlarını otlaq sahəsində otaran vətəndaş dəhşətli hadisə ilə üzləşib. Zəhərli otları yeyən mal-qara qısa müddət ərzində bir-birinin ardınca yerə yıxılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən heyvandar böyük panikaya düşüb. Sürünün təxminə
25 avqustQonşu davası qanlı bitdi
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi
26 avqustBinədə güclü YANĞIN - VİDEO
Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib. -ın məlumatına görə, yanğın Binə qəsəbəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a bildirilib ki, ərazidə nəzarət altında qurumuş kol-kos yandırılıb
3 sentyabrBakıda fərdi yaşayış evi yandı
Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında
29 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqust