Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ

Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİİnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qanunla məcəlləyə aşağıdakı məzmunda 37.1-ci maddə əlavə edilir:

"Maddə 37-1. İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi

37-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.

37-1.2. Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir".

Bundan başqa, yeni qanunla aşağıdakı məzmunda 371-2-ci maddə əlavə edilib:

"Maddə 371-2. Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulması

371-2.1. Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:

371-2.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;

371-2.1.2. informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə bu Məcəllənin 371-2.1.4-cü maddəsində qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;

371-2.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;

371-2.1.4. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;

371-2.1.5. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;

371-2.1.6. rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

371-2.2. "Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri"nə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 371-2-ci maddəsinin qüvvəsi kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına), o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və təhlükəsizlik əməliyyatları mərkəzlərinə şamil edilmir".

Eyni zamanda, yeni qanunla məcəlləyə aşağıdakı məzmunda 525.2-ci maddə əlavə edilir:

"525.2. Bu Məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur".

Dövlət başçısı yeni Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 957   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)

II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey

7 sentyabr
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

6 sentyabr
.

Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də yeni təyinat olub. xəbər verir ki, qurumun Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə Elvin Məmmədzadə təyin olunub. Qeyd edək ki, E.Məmmədzadə sözügedən təyinata qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) inzibati işlər üzr

7 sentyabr
.

Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır

Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat

7 sentyabr
.

Bir kontentin sosial mediada viral olmasını əslində nə müəyyən edir? - AÇIQLAMA

Sosial şəbəkələrdə bəzi paylaşımların qısa müddət ərzində minlərlə, hətta milyonlarla istifadəçiyə çatması artıq adi hal alıb. Xüsusilə emosional, mübahisəli və gündəmdə olan mövzularla bağlı paylaşımlar sürətlə yayılır. Bəs bir kontentin sosial mediada viral olmasını əslində nə müəyyən edir? Burad

7 sentyabr
.

Güclü külək Bakıda ağacın budağını qopardı

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 28 ünvanında ağacın budağı qırılaraq yerə düşüb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisəyə səbəb güclü külək olub. Sakin vurğulayıb ki, ağacın iri budağı qopub düşərkən ərazidə olub və qaçaraq uzaqlaşmağı bacarıb

7 sentyabr
.

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir. Bununla bağl

6 sentyabr
.

Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO

Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir. Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzin

6 sentyabr
.

Bu xanımlar direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoj

8 sentyabr