Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?

Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir.

Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqqı və peşənin cəmiyyətdəki nüfuzu bu seçimə necə təsir edir və məktəblərdə gender balansının daha sağlam formalaşması üçün hansı addımlar atılmalıdır?
Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, ölkəmizdə, xüsusilə orta məktəblərdə kişi müəllimlərin sayı xeyli azdır. Ali məktəblərdə də müəyyən azalma meyli müşahidə olunur, lakin orta məktəblərdə gender balansının qadınların xeyrinə dəyişməsi daha kəskindir.

"Bunun əsas səbəblərindən biri ixtisas seçimidir. Bu gün ali məktəblərdə müəllimlik ixtisasını seçən oğlanların sayı kifayət qədər azdır. Xüsusilə müəllimlik peşəsinin müxtəlif istiqamətləri üzrə ixtisas seçimində tələbələrin böyük hissəsini qızlar təşkil edir. Təbii olaraq, bu da son nəticədə müəllimlər arasında qadınların sayının daha çox olmasına gətirib çıxarır. Digər tərəfdən, müəllimlik ixtisasını seçən oğlanların bir qismi sonradan bu peşə ilə məşğul olmaq istəmir. Xüsusilə Dövlət İmtahan Mərkəzinin imtahanlarından sonra müxtəlif regionlara müəllim kimi təyinat almaq ehtimalı bəzi oğlanlar üçün əlverişli hesab edilmir. Hazırda regionlarda müəllim kimi işləməyə gedən qızların sayı oğlanlarla müqayisədə daha çoxdur. Bu da kişi müəllimlərin sayının artmasına müəyyən qədər mane olur. Əslində isə orta məktəb müəllimlərinin əməkhaqqı elə də aşağı deyil. Hətta bir çox hallarda onların maaşı ali məktəblərdə çalışan bəzi müəllimlərin əməkhaqqından daha yüksəkdir. Kənd yerlərində isə müəllimlər əsas işlərindən əlavə, vaxtları olduqda şəxsi təsərrüfatları ilə də məşğul ola bilirlər və bununla yanaşı, müəllimlikdən normal gəlir əldə edirlər".

Sosioloq bildirib ki, təəssüf ki, bütün bunlara baxmayaraq, kişi müəllimlərin sayı azdır:

"Burada təhsil sisteminin hansı addımları ata biləcəyi mühüm məsələdir. İlk növbədə, insanları məcbur etmək olmaz ki, müəllimlik ixtisasını seçsinlər və ya bu peşə ilə məşğul olsunlar. Bunun üçün müəyyən sosial stimullar yaradıla bilər. Məsələn, regionlarda çalışan və ailə qurmuş müəllimlərin mənzillə təmin olunması məsələsi gündəmə gətirilə bilər. Müəllimlərlə uzunmüddətli müqavilələrin bağlanması və ailə tərkibindən asılı olaraq onların daimi yaşayış yeri ilə təmin edilməsi müəllimlik peşəsinin kişilər üçün də daha cəlbedici olmasına kömək edə bilər. Gənc düşünə bilər ki, müəllimlik ixtisası üzrə təhsil aldıqdan və istər Bakıda, istərsə də regionda işlədikdən sonra yaşayış məsələsinin həlli ilə bağlı dövlət tərəfindən müəyyən təminat əldə edəcək. Bu kimi sosial imkanlar kişi müəllimlərin sayının artmasına təsir göstərə bilər. Digər tərəfdən, kişi müəllimlərin regionlarda işləmək istəməməsinin səbəblərindən biri də bəzi fənlər üzrə dərs saatlarının az olmasıdır. Əgər məktəblərdə kişi müəllimlərin sayı onsuz da azdırsa, müəyyən fənlər üzrə onların dərs yükünün artırılması imkanlarına da baxıla bilər".

Onun sözlərinə görə, bu kimi sosial və iqtisadi stimullar təhsil sistemində gender balansının müəyyən qədər nizamlanmasına və kişi müəllimlərin sayının artırılmasına müsbət təsir göstərə bilər.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 841   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO

Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir. Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzin

6 sentyabr
.

Şamaxı və Şahdağa dolu düşüb: Külək güclənib - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 16:30-a olan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərdə şimal-qər

7 sentyabr
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

6 sentyabr
.

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyat

7 sentyabr
.

Regionlarda həkim çatışmazlığının səbəbi nədir? - AÇIQLAMA

Regionlarda həkim çatışmazlığı səhiyyə xidmətlərinin əlçatanlığına və keyfiyyətinə təsir edən əsas problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün əməkhaqqının artırılması ilə yanaşı, həkimlər üçün əlavə stimullar və sosial təminatların gücləndirilməsi də mühüm amil hesab olunur. Hazırd

7 sentyabr
.

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"

6 sentyabr
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

6 sentyabr
.

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir. Bununla bağl

6 sentyabr
.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

7 sentyabr