Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindi

Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindiOğurluq və narkotik saxlama ittihamı ilə həbs edilən şəxsin 1 il məhbus həyatı yaşadıqdan sonra təqsirsiz olduğu ortaya çıxıb.

BAKU.WS-in Kriminalqafqaz-a istinadən məlumatına görə, Bakı sakini Zaur Qarayev 2021-ci ilin martında saxlanılıb. Bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib və zaldan azadlığa buraxılıb.

Belə ki, ittihamda Z.Qarayevin avtobusda qadın sərnişinə məxsus 762 manat pulu oğurlaması və satış məqsədilə külli miqdarda narkotik saxlaması göstərilib. İddia olunub ki, Xətai rayonu, 35-ci polis bölməsində onun üzərindən 12 qrama yaxın heroin çıxıb.

Z.Qarayev isə məhkəmədə bildirib ki, ümumiyyətlə, narkotikin heç bir növünü tanımır: "Ali təhsilliyəm və evin tək oğluyam. Anamla birlikdə yaşayırıq. Cinayət işinin materiallarında martın 16-da küçədə saxlanıldığım yazılsa da, martın 15-də polislər məni evdən götürüb apardılar. İki nəfər mülki, üç nəfər polis formasında idi. Məni 35-ci bölmənin rəis müavininin otağına apardılar. Orada mənə oğurluqla məşğul olduğum deyildi. Cinayəti üzərimə götürmək üçün işgəncələrə məruz qaldım".

Məhkəmədə dindirilən 35-ci polis bölməsinin əməkdaşları isə Qarayevin dediklərini təkzib ediblər. Onlar bildiriblər ki, bu şəxsin narkotiklərin dövriyyəsilə məşğul olması haqda məlumat alıblar, əməliyyat keçirib, binanın qarşısında onu saxlayıblar. O, işgəncəyə məruz qalmadan, könüllü şəkildə cibindəki narkotiki təqdim edib. Deyib ki, tanımadığı şəxsdən 350 manata alıb.

Zaurun anası məhkəmədə deyib ki, bölmədə Vüqar adlı polis ona nömrəsini verib: "Demişdi ki, oğlun buraxılacaq, anlaşılmazlıq olub. Dedi portmanatı oğurlanan qadına dəymiş ziyan ödənilsə, oğlun buraxıla bilər. Bilirdim ki, bu işin oğluma aidiyyəti yoxdur, amma yenə də 760 manatın əvəzinə 800 manat ödədim. Məni aldatdılar. Oğlum FHN-də hərbi xidmət keçib, Rabitə Nazirliyində işləyib".

Məhkəmə baxışında məlum olub ki, istintaq zamanı təqdim olunan videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər var. Zaur Qarayevin oğurluq və narkotik saxlama əməlləri sübuta yetirilməyib. Bundan başqa onun əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Konstitusiyanın tələbləri kobud şəkildə pozulub, məsuliyyətə cəlb olunması məqsədilə hüquqları kobud şəkildə pozulub, sübutlar qəsdən saxtalaşdırılıb. İş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunub, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilib. O, qanunsuz olaraq polis bölməsində saxlanılıb.

Hadisədən sonra pul kisəsi oğurlanan qadının pulqabısı "Ukrayna dairəsi"nin yaxınlığında JEK işçisi tərəfindən tapılıb. Zaurun üzərindən çıxan narkotikin kimə məxsus olmasının araşdırılması üçün materiallar prokurorluğa göndərilib.

Z.Qarayev barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb. Ona bəraət alması ilə əlaqədar cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilib./baku.es


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1505   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25 oktyabr
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25 oktyabr
.

Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək

Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal

25 oktyabr
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25 oktyabr
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25 oktyabr
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

25 oktyabr
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

25 oktyabr
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24 oktyabr
.

Nigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir

Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb

25 oktyabr