Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb

Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıbAzərbaycan pomidor bazarında tələb təklifi üstələyir, çünki bu məhsulun istehsalı üzrə hal-hazırda qıtlıq müşahidə olunur.

Sonxeber.az xəbər verir ki, bunu "report"a "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.

Onun sözlərinə görə, pomidorun yetişməsi 7-8 həftəyə başa gəlir: "7-8 həftə bundan əvvəl qışın ən soyuq günləri idi. Ona görə pomidorun yetişmə prosesi zəif sürətlə gedirdi. Bu səbəbdən pomidor istehsalında aprel ayında məhsuldarlıq azdır. Lakin bir həftədən sonra vəziyyət dəyişəcək, pomidor yetişir, istehsal həcmi artır".

O əlavə edib ki, sahə pomidorları ölkənin həm cənub rayonlarında, həm də Xaçmaz zonasında iyul ayında bazara çıxmağa başlayır.

"Hazırda istehsalçılarda böyük həcmdə pomidor ehtiyatı yoxdur. Bu səbəbdən qiymətlər artır. Ümumiyyətlə, martın sonu aprel ayı ərzində pomidorun ən baha qiymətə satılan vaxtıdır. Hesab edirəm ki, bir həftəyə qiymətlər enəcək.

Tendensiyaya baxsaq 10 il bundan əvvəl qışda pomidorun 1 kq-ı 8 manat idi, həm qış fəslində camaat pomidor yemirdi.

Bu məhsul ancaq toylarda, ad günlərində istifadə olunurdu. İstixana şəraitində pomidorun yetişdirilməsi genişlənəndən sonra artıq Azərbaycan istehlakçısı üçün qışda pomidor qismən aşağı qiymətə 3,5 manata təklif edildi.

Qış ayında bu qiymətə pomidor almaq böyük irəliləyişdir. Bir neçə il bundan əvvəl 5-6 manat 8 ABŞ dolları demək idi, hazırda isə 3 manat 2 ABŞ dollarından azdır. Bu o deməkdir ki, 10 il ərzində pomidorun qiyməti təqribən 4 dəfə azalıb.

Bu gün istixana şəraitində pomidorun yetişdirilməsində aşağı likvidlik səviyyəsində olan qiymətlərdir. Yəni, pomidorun qış ayında satış qiyməti bir-iki manat ola bilməz. Pomidor qış aylarında iki manata satılsa, bu onun qazdan istifadəni, işçilərin maaşını, gübrənin, toxumun qiymətini ödəməyəcək", - B.Quliyev deyib.

O əlavə edib ki, ilk növbədə ölkə bazarında pomidora olan tələbat qarşılanır, qalan hissəsi isə ixrac edilir.

O, pomidorun Rusiyaya ixracındakı son vəziyyəti açıqlayıb:

"Rusiya-Ukrayna müharibəsi başlayanda şimal qonşumuzun sərhəd-keçid məntəqəsində məhsullarımız günlərlə qalırdı. Sərhəddə yük maşınlarının buraxılma sürəti çox aşağı idi.

Bu isə məhsullarımızın xarab olmasına səbəb olurdu. Martda istehsalçılarımız çox əziyyət çəkdilər, böyük ziyana uğradılar.

Hazırda pomidorun Rusiyaya ixracı davam edir. Son 3 həftə ərzində sərhəd-keçid məntəqələrində yük maşınlarının keçmə sürəti normallaşıb. Hazırda avtomobillər 5-6 günə təyinat məntəqəsinə çatır".

Onun sözlərinə görə, Rusiyaya ixrac edilən pomidorun qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb: "Bizim müşahidələrimizə görə, ucuzlaşma təqribən 15%-dir. Çünki Rusiyanın özündə də istehsal artıb, bu da bazardakı təklifə təsir edir. Bununla yanaşı, əhalinin alıcılıq qabiliyyəti azalıb".

İxrac olunan məhsullara görə ödənişə gəldikdə isə B.Quliyev deyib ki, Rusiyada müəyyən banklara sanksiyalar tətbiq edilir:

"Həmin banklar vasitəsilə ödəniş həyata keçirmək mümkün olmur, amma digər banklar vasitəsilə ödənişlərdə problem olmur".

O vurğulayıb ki, dünya bazarlarında gübrə 3 dəfə bahalaşıb:

"Rusiya gübrə ixracına qadağa qoyub. Bu isə dünya bazarlarında gübrənin bahalaşmasına səbəb olub. İstixana şəraitində istifadə edilən damlama gübrələri Azərbaycana artıq Rusiyadan yox, Avropadan, Çilidən, İsraildən gəlir.

Rusiyadan gələn gübrə daha çox açıq sahələr üçün istifadə edilən gübrələrdir. Rusiyadan idxal edilən gübrə taxılçılıqda, qarğıdalının, soyanın, yoncanın yetişdirilməsində istifadə edilir".

O deyib ki, bu il "SOCAR Karbamid" tərəfindən yerli bazara daha ucuz qiymətə karbamid təklif edib:

"SOCAR Karbamid" ötən il hansı qiymətə karbamidi yerli bazarda satmışdısa, bu il də həmin qiymətə satıb. Buna görə dünya bazarlarında gübrənin qiymətinin artması ölkə bazarına böyük təsir göstərməyəcək".

B.Quliyev əlavə edib ki, meyvə-tərəvəz istehsalı üçün toxum Rusiyadan böyük həcmdə alınmır:

"Toxumçuluğun inkişafının əsasını seleksiya elmi təşkil edir və bu elm Avropada, Yaponiyada, ABŞ-da, İsraildə inkişaf etdiyi üçün həmin ölkələrdən olan firmalar dünyada toxumların satışı üzrə liderdir. Hazırda dünya bazarlarında toxum bahalaşıb.

İstixana sektorunda istifadə olunan toxumların 99%-i xaricdən gəlir, taxılçılıqda artıq yerli toxum istehsalçıları mövcuddur.

Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tərəvəzçilik Tədqiqat İnstitutu toxumları bazara çıxardırlar və bu istiqamətdə ilkin addımları atırlar. Toxumçuluğun inkişafı üçün 10 ilə yaxın müddət lazımdır. 3-4 ildir ki, Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə məşğuldur, ona görə daxili tələbatın böyük hissəsi xarici toxum hesabına qarşılanır".

Bu ilin yanvar-mart aylarında Azərbaycan 38 milyon 822 min ABŞ dolları dəyərində 31 min 763 ton pomidor ixrac edib.

Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 12 247 ton (62,7%), dəyər ifadəsində isə 17 milyon 563 min ABŞ dolları (82,6%) çoxdur.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2312   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. "Report" İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazi

29 sentyabr
.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

ADY: Astara Terminalında yük aşırılması 30 % artıb

Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi

22 sentyabr