Yeni 10 manat belə olacaq - FOTO
Azərbaycan Mərkəzi Bankı (AMB) 10 manatlıq pul nişanlarını yeniləyib.
Qurumdan Sonxeber.az-a verilən məlumata görə, "Tarix" mövzusuna həsr olunan 10 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yeni pul nişanları iyunun 22-dən tədavülə buraxılacaq.
Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq edilib.
Yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, onların AMB-nin keçmiş sədrinin imzası əks olunub.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemlərinin və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması gedir. Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu günə olan qızıl və gümüş qiymətləri
Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya
3 noyabrAzərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15 noyabrTürk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
Türk İnvestisiya Fondu (TİF) kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland İnkişaf Bankının (FMO) təşkil etdiy
12 noyabrBakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd
4 noyabrAzərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb
3 noyabrAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15 noyabrAzərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun
5 noyabrBu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar
16 noyabr