Bayden "soyqırım" dedi, Ankara hərəkətə keçdi
ABŞ Prezidenti Co Bayden 24 aprel 1915-ci il erməni hadisələri ilə bağlı çıxışında bu il də "soyqırım" ifadəsini işlədib.
Türkiyə Xarici İşlər Nazirliyi Baydenin bəyanatına sərt cavab verib.
"1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanatlar etibarlı deyil. Bura ABŞ Prezidenti Baydenin 2021-ci ildə etdiyi səhvin təkrarı olaraq bugünkü uğursuz bəyanatı da daxildir. Siyasi motivlərlə tarixi faktları təhrif edən belə bəyanatlar və qərarları rədd edir, bu səhvi təkidlə təkrarlayanları qınayırıq. Tarixən düşmənçilik çıxarmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli, seçmə yanaşmalar mənəvi cəhətdən problemli və siyasi baxımdan zərərlidir. Humanitar, vicdanlı mövqe etnik və dini ayrı-seçkilikdən asılı olmayaraq, o dövrdə yaşanan bütün iztirabları anmağı tələb edir. Türkiyə ermənilər də daxil olmaqla bütün Osmanlı əhalisinin yaşadığı acıları hörmətlə yad edir. Biz bu ağrını siyasi material kimi istifadə etmə cəhdlərini rədd edirik. Türkiyə 1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrlərinin qərəzsiz, elmi-hüquqi prinsiplər çərçivəsində araşdırılmalı və ədalətli hafizəyə qovuşmalı olduğu qənaətindədir. Türkiyə bu anlayışla Müştərək Tarix Komissiyasının yaradılmasını təklif etdi və onun arxivlərini açdı", - cavabda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2696 Tarix: 24 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25 oktyabr83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabrİrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25 oktyabrİran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü
İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista
25 oktyabr