Rusiya Donbasda ATƏT-in əməkdaşlarını əsir götürdü
Ukraynanın Donetsk və Luqansk vilayətlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) əməkdaşları saxlanılıb.
Bu barədə təşkilatın "Twitter" səhifəsində məlumat verilib. Həbsin təfərrüatları açıqlanmır.
"ATƏT Donetsk və Luqanskda ATƏT-in Milli Missiyasının üzvlərinin saxlanılmasından son dərəcə narahatdır. Təşkilat onların azad edilməsini asanlaşdırmaq üçün bütün mövcud kanallardan istifadə edir", - təşkilatın bəyanatında deyilir.
Aprelin 22-də Böyük Britaniyanın ATƏT-dəki səfirinin müavini Deydre Braun Xüsusi Monitorinq Missiyasının (XMM) Ukraynada səlahiyyətinin uzadılmasından imtina etdiyinə görə Rusiyanı tənqid edib.
"İndi də biz narahatedici xəbərlər almışıq ki, Donbasdakı ruslar missiyanın şəxsi heyətini, avadanlıqlarını və obyektlərini təhdid edir və XMM personalını əsir götürürlər". Reuters Braunun dediklərindən sitat gətirib.
Meduza xatırladır ki, Rusiya martın sonunda ATƏT-in Ukraynadakı missiyasının uzadılmasına mane olmuş, aprelin 1-də isə 2014-cü ildən Donbasdakı münaqişə zonasında apardığı işini dayandırmışdı.
Bundan sonra "DXR" və "LXR" ATƏT missiyasının işini qadağan edib və təşkilatın əməkdaşlarından aprelin sonunadək özünü elan etmiş respublikaların ərazisini tərk etməyi tələb ediblər. "LXR", həmçinin ATƏT missiyasının iki əməkdaşını dövlətə xəyanətdə şübhəli bilərək saxladıqlarını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1688 Tarix: 24 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25 oktyabr83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabrİrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25 oktyabrİran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü
İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista
25 oktyabr