"Dağıstanlılar, çeçenlər qaçır, deyirlər ki, bizim müharibə deyil" – Rusiya hərbçisi

"Dağıstanlılar, çeçenlər qaçır, deyirlər ki, bizim müharibə deyil" – Rusiya hərbçisiÇeçenistan rəhbəri Ramzan Kadırovun döyüşçüləri Ukraynada böyük vəhşilik nümunələri ortaya qoyub. Kiyev ətrafında qadınların zorlanmasında, dinc əhalinin amansızlıqla öldürülməsində həmin şəxslərin böyük rolu olub.

Amma Ukrayna xüsusi xidmət orqanlarının ortaya qoyduğu səs yazılarında başqa bir maraqlı məqam diqqət çəkir. Kadırovun dəstəsinə aidiyyəti olmayan çeçenlər döyüşmək istəmir. Onlara dağıstanlılar da qoşulub.

Bizimyol.info xəbər verir ki, səs yazılarından birində Rusiya hərbçisi telefonda dostuna necə böyük itkilər vermələrindən danışıb. Onun sözlərinə görə, ordu rəhbərliyi necə davranacağını bilmir. Əsgərin yer aldığı bölüyün üzvlərinin böyük əksəri həyatını itirib.

"Bizdən də qırılır, onlardan da. Düzünə qalsa, Rusiya ordusu sıradan çıxıb. Təsəvvür elə, bizim əsgərlərin cəsədlərini gətirib birbaşa anqara tullayırlar. Heç baxmırlar ki, kim kimdir. Fərqinə də varmırlar. Üst-üstə beş-altı cərgə. Özbaşınalıqdır tamam. Başa düşmək olmur ki, nə üçün vuruşuruq. Hey deyirlər ki, irəli. Gah belə, gah da qışqırırlar, müdafiəyə çəkilin. Bölükdə 67 nəfər idik, 10 əsgər var indi. Birtəhər sağ qalmışam. Heç kim heç nəyi dəyişmək istəmir. Əsgərlərin yarısı qaçıb: dağıstanlılar, çeçenlər... Deyirlər ki, bizim müharibə deyil. Burada əsasən qazaxlar, kalmıklar və ruslardır".

Rusiyalı hərbçinin dediyinə görə, komandanlıq başını itirib. Ordu rəhbərliyi həm də şimal xalqlarının nümayəndələrindən belə davranış gözləmirmiş.

"Deyirlər, inanmırdıq ki, onlar özünü bu cür aparar. İmtina ərizəsi yazıb müharibədən çəkilirlər. Dərhal qayıdırlar Rusiyaya".

Rusiya ordusu Ukraynaya fevralın 24-də hücum edib. Bir çox şəhərlər dağıdılıb. Amma Kreml qoşunları böyük itkilər verib. Təkcə 23 minə qədər hərbçi həyatını itirib. Təxminən 1000 tank sıradan çıxıb. Rusiya ordusunun 431 artilleriya sistemi, 187 təyyarəsi, 155 vertolyotu, 8 gəmisi məhv edilib. Danışıqlar prosesi heç bir nəticə vermir. Müharibənin tezliklə başa çatacağı gözlənilmir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1956   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

25 oktyabr
.

Hörmüz boğazında iki tanker minalara düşüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə

24 oktyabr
.

İran kürd PJAK qruplaşmasının ən böyük təlim mərkəzlərindən birinə zərbə endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan Azad Həyat Partiyasının (PJAK) ən böyük toplantı və təlim mərkəzlərindən birinə qabaqlayıcı zərbə endirib. xəbər verir ki, bu barədə Mehr agentliyi Sepah-ın bəyanatına istinadən məlumat verir. PJAK əsasən İranda fəaliyyət göstərən və kürdləri

24 oktyabr
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25 oktyabr
.

10 km hündürlükdən düşüb sağ qalmışdı - Dünyanı heyrətləndirən qadının HEKAYƏSİ

1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-c

25 oktyabr
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

25 oktyabr
.

ABŞ-da seçki reklamlarına bir gündə rekord məbləğ - 147 milyon dollar xərclənib

ABŞ-da Respublikaçılar və Demokratlar noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində oktyabrın 21-də seçki reklamlarına 147 milyon dollar xərcləyiblər. Bu, seçki kampaniyası başlayandan bəri bir gün ərzində qeydə alınan rekord göstəricidir. xəbər verir ki, "AdImpact" analitik şirkətini

23 oktyabr