ABŞ hərbçiləri Ukraynaya girə bilər: Qətnamə təqdim edildi
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanın müdafiəsi üçün ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qətnamə layihəsi təqdim edib.
Bu təşəbbüs təsdiq olunarsa, ABŞ prezidentinə Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.
"Dövlət katibi Enton) Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək"-deyə, Kinzinqer bildirib.
Konqresmenin sözlərinə görə, bu qətnamə ABŞ administrasiyasının Rusiya kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edərsə, müvafiq tədbirlər görməsini təmin etmək üçün hazırlanıb: "Biz bəşəriyyətin müdafiəsinə qalxmalıyıq və bunu müttəfiqlərimizlə birlikdə etməliyik", - ABŞ qanunvericisi vurğulayıb.
İndiyədək ABŞ prezidenti Cozef Baydenin administrasiyası Amerika qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını qəti şəkildə rədd edərək, belə bir ssenarinin Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskini doğuracağı ilə izah edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3744 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabrRobert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
24 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabrDonald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
25 oktyabrLatviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
25 oktyabr