Bakıda kirayə ev axtaranlar üçün PİS XƏBƏR - VİDEO
Son bir neçə aydır ki, kirayə mənzil bazarında durğunluq yaşanır. Ekspertlər bunu kirayə evlərin qiymətinin hər keçən gün bahalaşması ilə əlaqələndirilər. Hər il bu aylarda kirayə mənzillərin qiymətində enmə müşahidə edilsə də bu ilə əksinədir. Bəs buna səbəb nədir?
Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib.
Əvvələr bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər əlamət yoxdur. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar.
Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov da deyir ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.
Ekspert Nofəl Quliyev deyir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa qiymət artımı növbəti aylarda da davam edəcək.
Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox təlabat ikiotaqlı mənzillərədir.(xəzərxəbər)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabrAzərbaycanda dörd qanun ləğv ediləcək
Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;
2 oktyabrAzərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,
22 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabr