Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - VİDEO

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - VİDEOTürk lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həftələrə qədər bu rəqəm 14 lirə ətrafında idi.

Azərbaycanın ticarət əməliyyatlarında daha bir mühüm yer tutan valyutanın - avronun ucuzlaşma tempi də davam edir. İndi 1 avro 1 dollar 4 sent və ya 1 manat 76 qəpiyə təklif edilir.

Sonxeber.az xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov "Xəzər Xəbər"ə deyib ki, əslində ABŞ Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırdıqdan sonra, bu, dünyanın bir çox dövlətlərinin milli valyutalarına təsir etdi.

O ki qaldı, türk milli valyutasının ucuzlaşmasına, bunun üçün əlavə yeni faktorlar ortaya çıxmasa da, avrozonanın vahid valyutasının dəyər itirmə səbəbləri aydın görünür. Avropa fevral ayından etibarən, xüsusən Rusiya-Ukrayna savaşından bəri ticarət əməliyyatlarında mənfi saldoya düşüb.

Ekspert əlavə edib ki, həm avrozona ilə, həm də qardaş ölkə Türkiyə ilə Azərbaycanın sıx ixrac-idxal əməliyyatları var və bu regional iqtisadi hadisələr Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir. Lakin avro və lirənin ucuzlaşdığı ərəfədə Azərbaycanın göstərdiyi makroiqtisadi göstəricilər bütün mümkün təzyiqləri aradan qaldırıb.

Qeyd edək ki, son iki ayda Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarında cüzi azalma qeydə alınır. Ekspertin fikrincə, manatın möhkəmliyinin zəmanəti olan valyuta ehtiyatlarında baş verən bu azalma isə manata təhlükə yaratmır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3551   Tarix: 17 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr
.

Azərbaycanda dörd qanun ləğv ediləcək

Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;

2 oktyabr
.

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,

22 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr