Əhaliyə göstərilən xidmətlərin əksəriyyəti bahalaşıb - Qiymətlər

Əhaliyə göstərilən xidmətlərin əksəriyyəti bahalaşıb - QiymətlərAzərbaycanda bu il qeydə alınan yüksək qiymət artımı xidmət sektorunda da müşahidə edilir. Əhaliyə göstərilən əksər xidmət sahələrində qiymətlərdə artım sürəti 10 faiz həddini ötüb. Bəzi xidmətlərdə bahalaşma sürəti 30-50 faiz, hətta 100 faiz səviyyəsinə yüksəlib.

Bununla belə qiymətləri artmayan, hətta dəyəri düşən xidmət növləri də var.

Sonxeber.az xəbər veriri, Sfera.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı araşdırma göstərir ki, əhaliyə təklif edilən ən bahalı xidmət MDB ölkələrinə təyyarə ilə sərnişindaşıma xidmətidir. MDB ölkələrinə bir sərnişinin daşınması qiyməti apreldə 1647 manat olub. Son bir ildə bu xidmət üzrə qiymətlər 50 faiz və ya 820 manatdan çox artıb.

Dəyəri yüksək olan digər xidmət ali təhsil müəssisələrində təhsildir. Bu sahə üzrə ortaillik xidmət haqqı 1578 manatdır. Son bir ildə təhsil haqlarında cəmi 2 faiz (40 manat) artım qeydə alınıb.

MDB-dən kənarda olan ölkələrə təyyarə ilə sərnişindaşıma qiyməti orta hesabla 643 manat təşkil edib. Müqayisə göstərir ki, bu il qiymətlər 16 faiz (125 manatdan çox) enib.

Dəyərinə görə digər bahalı xidmət reabilitasiya müəssisələrinin sanatoriya - sağlamlıq xidmətidir. Burada bir xidmətin orta dəyəri 550 manatdır. Bu ilin aprelində olan qiymət əvvəlki ilin aprel ayı ilə müqayisədə 14 faiz, yəni təxminən 70 manat artıb.

Orta ixtisas təhsili müəssisələrində illik təhsil xidmətinin dəyəri 541 manat olub. Son bir ildə qiymətlərdə cüzi artım baş verib.

2022-ci ildə bahalı xidmətlərdən xaricə istirahət turlarının da dəyəri artıb. Xarici ölkələrə bir turub orta qiyməti 5 faiz artaraq 511 manata çatıb. Əvvəlki ildə xaricə turla səfər etməyin orta qiyməti 488 manat idi.

Ölkə daxilində turların qiyməti isə dəyişməyib. Əvvəlki ildə olduğu kimi hazırda da orta qiymət 271 manatdır.

Ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidməti isə nəzərəçarpacaq dərəcədə artıb. Burada aylıq xidmət haqqı 145 manatdan 164 manata yüksəlib. Müqayisədə bu il ödənişli məktəblərdə xidmətlər 13 faiz bahalaşıb.

Faiz nisbətində dəyəri çox artan xidmətlər arasında kəbin və digər sənədlərin verilməsi xidmətini (2 dəfə artaraq 10 manat olub), poçt xidmətini (58 faiz bahalaşaraq 6 manat olub), təbii qaz təchizati xidmətini (42 faiz bahalaşaraq 17 qəpik olub), aerobika qruplarında məşğələni (39 faiz artaraq 33 manat olub), muzeylərin biletini (34 faiz artaraq 86 qəpik olub), çayxana xidmətini (34 faiz bahalaşaraq 1,4 manat olub), hüquq məsləhətxanalarının xidmətini (31 faiz bahalaşaraq 14,2 manat olub) qeyd etmək olar.

Əhalinin daha çox istifadə etdiyi xidmətlərdən isə mənzillərin kirayə haqqı 14 faiz, tibbi xidmətlər 8-34 faiz, kafe və restoranlarda yeməklərin hazırlanıb və verilməsi xidmətləri 20 faiz, kişi və qadınlar üçün bərbər xidmətləri 17-30 faiz bahalaşıb.

Ümumilikdə, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 10,2 faiz artıb. Bahalaşma sürətinə görə xidmətlər yalnız qida məhsullarından geridə qalır./Press


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1155   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr
.

Azərbaycanda dörd qanun ləğv ediləcək

Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;

2 oktyabr
.

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,

22 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr