Qətlə yetirilmiş Baş nazirin dişi vətənə qaytarılacaq
Belçika rəsmiləri Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Patris Lumumbanın cənazəsinin qalıqlarının qohumlarına qaytarılacağını açıqlayıb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, söhbət qətlə yetirilmiş baş nazirin 1 dişindən gedir. Belçika hökumətinin məlumatına görə, 20 iyunda Brüsseldə təşkil ediləcək təntətənəli mərasimdə Lumumbanın qohumları və konqolu siyasətçilər iştirak edəcək.
Konqo mətbuatının xəbərinə görə, artıq ölkədə hazırlıqlar başlayıb. Geri qaytarılmanın 30 iyun Müstəqillik Gününədək başa çatması planlaşdırılır.
Qeyd edək ki, 2016-cı ildə Belçika prokurorluğu keçmiş polis işçisinin qızından bir diş müsadirə edib. Təhqiqat zamanı qızın atasının 1961-ci ildə Lumumbanı öldürən dəstənin üzvü olduğu ortaya çıxıb. O, mərhumun dişlərini çıxararaq özündə saxlayıb. 2020-ci ildə məhkəmə dişin Konqo Demokratik Respublikasına qaytarılmasına qərar verib. Ehtimal olunur ki, Lumumbanın daha bir dişi və barmağı da Belçikadada saxlanılır.
Xatırladaq ki, 1960-cı ildə müstəqil Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Lumumba 17 yanvar 1961-ci ildə katanqa qəbiləsindən olan əsgərlər tərəfindən öldürülüərək basdırılıb. Ertəsi gün cənazə çıxarılaraq turşuda əridilib. Prosesə belçikalı zabitlərin rəhbərlik etdiyi iddia olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1098 Tarix: 25 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"
Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il
23 oktyabrLe Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"
ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil
23 oktyabrİran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) amerikalı hərbçilər gəmiləri Hörmüz boğazından müşayiət etməyə davam edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməklə hədələyib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib. "ABŞ hərbçiləri anlamalıdırla
22 oktyabrABŞ İranla münaqişənin həlli üçün danışıqlar aparmır
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla münaqişənin həlli ilə bağlı danışıqlar aparmadığını açıqlayıb. xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat brifinqində jurnalistlərə verdiyi cavabda Trampın "Xeyr, düşünmürəm ki, onlarla danışıqlar aparırıq" dediyi bildirilir. Amerika lider
22 oktyabrPentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır
ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir
23 oktyabr