Bakıda 400 milyon illik xəzinənin saxlanıldığı məkan - VİDEO
1930-cu ildə yaradılmış Təbiət Tarixi Muzeyi Bakının ortasında, Dağüstü Parkın yaxınlığında yerləşir. Ancaq yaşayış binasının altında yerləşdiyindən və ətrafda burada muzey olduğunu göstərən heç bir nişan olmadığından bu qeyri-adi məkanı tapmaq o qədər də asan deyil.
Sonxeber.az APA TV-ə istinadən xəbər verir ki, 2017-ci ildən sərbəst qurum kimi fəaliyyət göstərən Təbiət Tarixi Muzeyində Azərbaycanın qədim flora və fauna qazıntıları saxlanılır. Burada həmçinin Azərbaycan faunasının "Qırmızı kitabı"na daxil olan nadir endemik heyvanların müqəvvaları, skeletləri ziyarətçilərə təqdim olunur.
Əsası Xalq Cümhuriyyəti dövründə qoyulan bu muzey başqa-başqa vaxtlarda Geologiya və Zoologiya institutlarının nəzdində fəaliyyət göstərib. Muzeyin direktoru Tariyel Eybatov deyir ki, buna görə də, muzeyin kolleksiyası müxtəlif zamanlara aid nümunələrlə zəngindir: "Muzey Həsən bəy Zərdabinin adını daşıyırdı. Ancaq sonradan bu ad ləğv olundu. Muzeyimiz iki şöbədən təşkil olunub, zooloji və geoloji. Zooloji şöbədə quşlara, məməlilərə və sürünənlərə aid nümunələr var. Ən nəhəng kolleksiyamız isə quşlarla bağlıdır. Burada 340 müqəvva növü var. Burada müxtəlif quşların dəstələri nümayiş etdirilir. Nəsli kəsilmiş, "Qırmızı kitaba" düşmüş heyvan nümunələri də var".
Təbiət Tarixi Muzeyi sözün əsl mənasında keçmişimizdən qalan xəzinədir. Muzeydəki eksponatların qorunması üçün isə xususi kimyəvi maddələrdən istifadə olunur. Tariyel Eybatovun sözlərinə görə, devon dövründən olan nümunələrin yaşı nə az, nə çox 350-400 milyon ili əhatə edir: "İndi gördüyünüz ən qədim tapıntılar bu vitrində nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası ərazisindən tapılmış devon çöküntülərdir. Bunların yaşları 350- 400 milyon ilidir. Bunlardan qədim canlı Azərbaycanda tapılmayıb. Bu quşun yaşı isə 25-30 milyondur. Dişləri həqiqidir. Çox nadir eksponatdır. O vaxt tapılanda ilk eksponat idi, ancaq indi sayları çoxalıb. Daha sonra 20-30 milyon il əvvəl Azərbaycanda yaşayan nəhəng dəniz tısbağalarıdır. Bu da onların sümükləridir.
Uzun illər baxımsız vəziyyətdə qalmış, sanki kimlərdənsə gizlədilmiş bu muzey geniş kolleksiyasının ancaq kiçik bir hissəsini ziyarətçilərə nümayiş etdirə bilir.
Qeyd edək ki, qoruq şəraitində saxlanılan və adı "Qırmızı kitab"a düşmüş 20 heyvanın müqəvvası da muzeyin qızıl fonduna daxildir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1658 Tarix: 26 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v
22 oktyabrHəmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21 oktyabrNATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək
NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ
22 oktyabrBBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"
Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il
23 oktyabrİtaliyada güclü zəlzələ baş verdi
İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib
23 oktyabrTramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə
22 oktyabrKosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22 oktyabr