"Qohumlarım qanunu pozubsa, məsuliyyətə cəlb olunmalıdırlar" - Nazarbayev

"Qohumlarım qanunu pozubsa, məsuliyyətə cəlb olunmalıdırlar" - Nazarbayev"Əgər qohumlarımdan hər hansı biri qanunu pozmaq üçün mənim adından istifadə edibsə, o zaman məsuliyyətə cəlb olunmalıdır".

Sonxeber.az Qafqazinfo -a istinadən xəbər verir ki, bunu ölkənin birinci prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, uzun illərdir Qazaxıstan hakimiyyəti hüquqi dövlət qurur, burada fundamental prinsip - qanun hamı üçün eynidir:

"Uzun illərdir ki, biz Qazaxıstanda hüquqi dövlət qururuq. Onun əsas prinsipi qanunun hamı üçün eyni olmasıdır. Əgər mənim arxamca qohumlarımdan biri adımdan qanunu pozmaq üçün istifadə edibsə, o zaman onlar cavab verməlidir".

Qazaxıstanın birinci prezidenti keçmiş kürəkəni Raxat Əliyevlə bağlı hadisələri xatırladıb:

"Düşünürəm ki, Raxat Əliyevin əhvalatını hamı xatırlayır. O, qızımın əri idi. O, mənim üçün praktiki olaraq oğul idi, nəvələrimin atası idi. Amma bütün bunlar dövlətin gözündən düşmək üçün səbəb olmadı ki, dövlət onun qanunsuz əməllərinə göz yumsun. O, Qazaxıstan ədaləti tərəfindən mühakimə olundu. Amma o, qaça bildi və ömrünün sonuna qədər gizləndi".

Xatırladaq ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti martın 13-də vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə irimiqyaslı vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işinin araşdırıldığını elan edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayətləri törətməkdə şübhəli bilinən Nazarbayevin qardaşı oğlu Kayrat Satıybaldıulunu həbs ediblər. Martın 17-də xidmət Satybaldıulı və həbsdə olan keçmiş həyat yoldaşı Gülmira Satybaldının şübhəli bilərək biznesin zəbt edilməsi işi ilə bağlı araşdırmalara başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1292   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransada tıxacların uzunluğu rekord həddə çatıb

Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ

19 iyul
.

Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?

Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf

20 iyul
.

İlon Mask süni intellektlə "Odisseya" əsasında film çəkəcək

ABŞ-li milyarder İlon Mask "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt (Sİ) video generatoru tərəfindən qədim yunan şairi Homerin "Odisseya" dastanına əsaslanan tammetrajlı filmin ərsəyə gətiriləcəyini bəyan edib. Ekran əsərinin cari ilin sonunadək işıq üzü görəcəy

22 iyul
.

Avropanı +47 dərəcəyə çatan yeni amansız isti dalğası gözləyir

Yaxın günlərdə Avropanın cənub-qərbi Səhradan isti hava gətirəcək güclü antisiklonun təsiri altında qalacaq. Ən mürəkkəb vəziyyət İspaniyada gözlənilir. Ölkənin bəzi ərazilərində temperaturun +45.+47 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da milli rekordlara yaxın göstəricidir. Qaynarinfo xəbər veri

21 iyul
.

İranda 2 zəlzələ oldu - Yaralılar var

İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib

20 iyul
.

Zelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin

19 iyul
.

Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət

Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını

20 iyul
.

Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli

19 iyul
.

NYT: İranın İordaniyadakı bazalara zərbələrində onlarla ABŞ hərbçisi yaralanıb

İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, çox sayda helikopter isə zədələnib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son be

19 iyul