Erməni vandalizmi ABŞ-ın hesabatında: UNESCO niyə susur?

Erməni vandalizmi ABŞ-ın hesabatında: UNESCO niyə susur?Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində təkcə işğal altında saxlamadı, həm də hər daşına, hər qayasına qarşı vandalizm törətdi. İşğal dövründə Azərbaycanın bununla bağlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmır, ikilistandart yanaşma sərgilənirdi, 44 günlük müharibədə işğala son qoyulduqdan sonra bütün vandalizm çılpaqlığı ilə ortaya çıxdı: ermənilər Azərbaycanın maddi, mədəni və dini irsini məhv etməklə kifayətlənməmiş, şəhərləri, qəsəbələri, kəndləri yerlə bir etmişdi; 30 il öncə olan şəhərlərimizin yerində sadəcə düzəngah qalıb;

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, dünya da fakt qarşısında qaldı. ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında erməni vandalizmi ilə bağlı qeyd olunanlar da dünyanın acı gerçəkliyi qəbul etmək məcburiyyətində olduğunu göstərir.

Hesabatda qeyd olunur ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbiristanlığı talan edilib, dağıdılıb və təhqir olunub.

Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə məhv edilib, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta azərbaycanlılara məxsus qəbirlərdə cəsədlərin qızıl dişləri çıxarılıb. İşğal dövründə ərazilərin genişmiqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda XIX əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib, Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib, həmçinin, bu rayondakı bütün qəbiristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs məzarlar və şəhərdəki Şəhidlər xiyabanı da var.

Bütün bunların qeyd olunduğu hesabatda Ağdamdakı Şəhidlər xiyabanını ziyarət etmiş Qərb diplomatlarının vandalizmi canlı şəkildə gördüyü bildirilir.
ABŞ Dövlət Departamentinin hesabatı erməni vandalizminin beynəlxalq səviyyədə qəbul edilməsi nümunələrindəndir və digər ölkə və təşkilatlar üçün presedent rolunu oynaya bilər.

Amma və lakin...

Burada iki məqamı da qeyd etmək lazımdır.

Birincisi, ABŞ Dövlət Departamentinin hesabatında erməni vandalizmi ilə bağlı əks olunan faktlar doğru olsa da, tam deyil.

Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmi təkcə işğal etdiyi ərazilərdə yox, hazırda Ermənistan dövlətinin olduğu ərazilərdə də həyata keçirilib və bu gün də davam edir. Ermənistan ərazisində mövcud olan abidələr bu ölkənin Azərbaycanın tarixi torpaqlarında yaradıldığının sübutudur. Ermənilərin paytaxt dediyi Yerevanın İrəvan olması və ötən əsrin əvvəlində ermənilərə verilməsi də çox da uzaq olmayan keçmişin tarixi faktıdır. Ermənistan məhz bu tarixi gerçəkliyi gizlətmək məqsədilə Azərbaycana məxsus maddi-mədəni irsə qarşı onilliklərdə vandalizm aktı törədib.

Təkcə İrəvanda yüzlərlə məscid və digər dini abidə mövcud olub, lakin onlardan bu günə yalnız Göy məscid qalıb, həmin məscid də İran tərəfindən "farslaşdırılıb".

- Abbas Mirzə məscidi, Əxi Təvəkkül zaviyəsi, Ərgəz məscidi, Dəmirbulaq məsidi, Xudabəndə məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi, Rəcəb Paşa məscidi, Sərdar məscidi, Şah Abbas məscidi, Şükürbəyli məscidi, Təpəbaşı məscidi, Zalhan məscidi, Aşıq Ələsgərin qəbrüstü abidəsi, İrəvan qalası, Pir Hüseyin türbəsi və yüzlərlə digər dini, mədəni abidələr.

Bu gün tarixi irsimizdən əsər-əlamət qalmayıb, ya dağıdılıb, ya da erməniləşdirilib.

ABŞ Dövlət Departamentinin hesabatında bu faktlar niyə əksini tapmayıb?! Axı hesabat bütün dünyanı əhatə edir və "erməni irsindən" bəhs olunan hesabatda Ermənistanda məhv edilən Azərbaycan irsi qeyd olunmalı idi. Bununla bağlı faktlar açıq mənbələrdə yüzlərlə, bəlkə minlərlədir. Erməni vandalizminin bu illər ərzində geniş vüsət almasının səbəbi dünya tərəfindən görməzdən gəlinməsi və cəzasızlıq mühitidir. 30 illik işğal dövründə Qarabağda törədilən vandalizmə dünyanın susmasının dəhşətli nəticələri ortadadır. Bəşəriyyətin gələcəyi və belə vandalizm aktlarının təkrarlanmaması üçün Ermənistan ərazisində məhv edilən Azərbaycanın maddi-mədəni irsinə diqqət ayrılmalı, Dövlət Departamenti növbəti hesabatlarında bu məsələyə də yer verməlidir.

İkincisi, UNESCO-nun hələ də səssizliyini qorumasıdır. İşğal dövründə Azərbaycan dəfələrlə bu təşkilata bölgəyə nümayəndə heyəti göndərməsi üçün müraciət edib. Lakin heç vaxt bununla bağlı addım atılmadı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 30 ildir səssiz qalan UNESCO bölgəyə nümayəndə heyəti göndərmək istədiyini bildirdi və "erməni mədəni irsinin" qorunması iddiaları ilə çıxış etdi. Bu, UNESCO-nun nə qədər ikiüzlü və ədalətsiz mövqedə olduğunun sübutudur. Azərbaycan nümayəndə heyətinin gəlməsinə qarşı çıxmır, çünki faktlar ortadadır və UNESCO nə qədər həqiqətdən qaçmaq istəsə də, nümayəndə heyəti göndərmək istədiyi ərazilərdə bu faktlarla üz-üzə qalacaq. ABŞ Dövlət Departamentinin hesabatında erməni vandalizmi ilə bağlı əksini tapan faktlar isə UNESCO üçün istinad nöqtəsi olmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1207   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukrayna özünün peyk rabitə sistemini yaradır

Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy

23 oktyabr
.

BBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"

Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il

23 oktyabr
.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

İran Fars körfəzində dörd gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto

22 oktyabr
.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

Tramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə

22 oktyabr
.

Avstriya Rusiya diplomatlarını qovdu

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər

23 oktyabr
.

Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə

22 oktyabr