Qırx NATO hərbi gəmisi İsveç sahillərinə gəldi
Baltik dənizində ən böyük hərbi təlimlərdən biri olan "Baltops 22"də iştirak edəcək NATO-nun 40 hərbi gəmisi İsveçin paytaxtı Stokholmda lövbər salıb.
ABŞ-ın "USS Kearsarge" adlı hərbi gəmisini ziyarət edən İsveç müdafiə naziri Peter Hultqvist ABŞ Baş Qərargah rəisi general Mark Milli ilə gəmini gəzdikdən sonra mətbuat konfransı keçirib.
"Baltops 22"nin sabah başlayacağını xatırladan Hultqvist, gəmilərin təlimdən oncə ev sahibi İsveçdə toplaşdığını bildirib.
"Bu yaxınlarda baş verənləri yeni soyuq müharibə və ya yeni dəmir pərdə adlandıra bilərik. Bunu avtoritar dövlətlərlə demokratik Avropa arasındakı qarşıdurma kimi də qiymətləndirə bilərik. Bu gün NATO təmsilçiləri Stokholmdakı gəmilərdə toplaşıblar. Bu, regionumuzun təhlükəsizliyinin vacibliyindən xəbər verir", - deyə nazir bəyan edib.
ABŞ Baş Qərargah rəisi Milli də İsveçin NATO-ya üzvlüyünün hərbi və strateji əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, İsveç Quru Qoşunları istənilən səviyyədə olmasa da, ölkə yüksək səviyyəli hava qüvvələrinə, müasir texniki təchizata və güclü donanmaya malikdir.
Qeyd edək ki, Türkiyənin iştirak etdiyi təlimə İsveç və Finlandiya da qatılacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 888 Tarix: 05 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy
19 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulİzmirdə 39 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat
19 iyulHava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri
21 iyulRusiya ordusu Donetsk vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk istiqamətində irəliləyərək Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini nəzarətə götürüb və Nikolayevka qəsəbəsinin kənarlarına çatıb. xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bildirib
19 iyul